• cümə axşamı, 28 mart, 20:23
  • Baku Bakı 13°C

Millimizin oyunçusu Polşa klubunda

07.10.13 11:10 1395
Millimizin oyunçusu Polşa klubunda
Azərbaycan yığmasının voleybolçusu Anna Kudakova karyerasını ölkə xaricində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, milliləşdirilmiş blokçumuz Polşanın PTPS Pila (PGNiG Nafta Pila) klubu ilə danışıqları müsbət yekunlaşdırıb.
Belə ki, 25 yaşlı oyunçumuz yeni komandası ilə 1 illik müqaviləyə imza atıb. 188 sm boya malik Kudakova Azərbaycan gəlişindən sonra ilk dəfə legioner həyatı yaşayacaq.
Əslində, “Lokomotiv Biləcəri”nin dağılmasından sonra “ofsayd”da qalan ukraynalının PTPS Pila-ya gedişini məcburi addım da saymaq olar. Çünki ölkəsinin gənclər millisində oynayan (2004-2008) Anna görünür, hansısa Bakı klubuna lazım olmayıb. Lakin onun yenidən paytaxt klubuna dönüşü də istisna deyil. Bu isə Azərbaycan Voleybol Federasiyasının 2 ildir həyata keçirmək istədiyi və hələ mümkün olmayan legioner limitinin tətbiqi zamanı baş verəcək.
Qeyd edək ki, Kudakova “Lokomotiv Biləcəri” yaradıldığı zaman (2011) ölkəmizə gəlib. O, məhv olan komandaya transfer olunana kimi isə Ukraynada “Ximik” (2008-2009) və “Kruq” (2009-2011) klublarında oynayıb.
banner

Oxşar Xəbərlər