• cümə, 29 Mart, 19:19
  • Baku Bakı 14°C

Millimizin Norveç yığması ilə oyunu - Video

17.11.14 09:43 912
Millimizin Norveç yığması ilə oyunu - Video
Dünən "Avro-2016"nın seçmə mərhələsində milli komandamız növbəti matçına çıxıb.
H qrupunda qərarlaşan komandamız IV turda evdə Norveç millisini qəbul edib.
Yığmamızı bugünkü oyuna millimizin sabiq futbolçusu Mahmud Qurbanov çıxarıb. Onun rəhbərlik etdiyi komanda seçmə mərhələdə ilk xalını və ya qələbəsini qazanmağa çalışacaqdı. Lakin seçmə mərhələnin ardıcıl üç oyununda uduzan yığmamız bu dəfə rəqibinə məğub olub – 0:1.
Qeyd edək ki, seçmə mərhələnin ik oyununda evdə Bolqarıstana 1:2 hesabı ilə uduzan komandamız daha sonra İtaliyaya 1:2, Xorvatiyaya isə 0:6 hesabı ilə məğlub olub.
16 noyabr
"Avro-2016"nın seçmə mərhələsi, IV tur
21:00. Azərbaycan - Norveç - 0:1
Qol: Nordtveyt, 25 (0:1)
Hakimlər: Yevgeni Aranovski, Aleksandr Voytyuk və Semen Şlonçak (Ukrayna)
Bakı. 8-ci km qəsəbə stadionu. /qol.az/
banner

Oxşar Xəbərlər