Millimizin Malta sınağı
Futbol üzrə UEFA
Millətlər Liqasında 2-ci turun oyunları keçirilir.
Kaspi.az xəbər
verir ki, Azərbaycan yığması da bu gün sözügedən turnirdə növbəti matçına
çıxacaq. Qurban Qurbanovun çalışdırdığı millimiz səfərdə Malta ilə qarşılaşacaq.
Bir neçə gün öncə
Bakıda Kosovo ilə bərabərə qalan (0:0) futbolçularımız bu oyunda ilk qələbə
sevincini yaşamağı hədəfləyib. Malta isə ilk turda səfərdə Farer adalarına 1:3
hesabı ilə uduzub.
Bu gün
millimizin yer aldığı qrupun digər matçında Kosovo Farer adalarını qəbul edəcək.
Millətlər Liqası
D Liqası, 3-cü
qrup
10 sentyabr
22:45. Malta -
Azərbaycan
Baş hakim:
Nikola Dabanoviç
Baş hakimin köməkçiləri:
Milovan Cukiç, Yoviça Tatar
Dördüncü hakim:
Aleksandar Cikanoviç
Əlavə köməkçi
hakimlər: Milovan Milaçiç, Miloş Boşkoviç (Hamısı Çernoqoriya).
Ta Qali. Milli
stadion.