• cümə, 19 Aprel, 14:02
  • Baku Bakı 25°C

Millimizin Malta sınağı

10.09.18 10:25 588
Millimizin Malta sınağı
Futbol üzrə UEFA Millətlər Liqasında 2-ci turun oyunları keçirilir.
Kaspi.az xəbər verir ki, Azərbaycan yığması da bu gün sözügedən turnirdə növbəti matçına çıxacaq. Qurban Qurbanovun çalışdırdığı millimiz səfərdə Malta ilə qarşılaşacaq.
Bir neçə gün öncə Bakıda Kosovo ilə bərabərə qalan (0:0) futbolçularımız bu oyunda ilk qələbə sevincini yaşamağı hədəfləyib. Malta isə ilk turda səfərdə Farer adalarına 1:3 hesabı ilə uduzub.
Bu gün millimizin yer aldığı qrupun digər matçında Kosovo Farer adalarını qəbul edəcək.
Millətlər Liqası
D Liqası, 3-cü qrup
10 sentyabr
22:45. Malta - Azərbaycan
Baş hakim: Nikola Dabanoviç
Baş hakimin köməkçiləri: Milovan Cukiç, Yoviça Tatar
Dördüncü hakim: Aleksandar Cikanoviç
Əlavə köməkçi hakimlər: Milovan Milaçiç, Miloş Boşkoviç (Hamısı Çernoqoriya).
Ta Qali. Milli stadion.
banner

Oxşar Xəbərlər