• cümə, 29 Mart, 04:30
  • Baku Bakı 7°C

Millimizin hücumçusu İngiltərə Premyer Liqasındakı ən yaxşı əcnəbi futbolçuların siyahısında yer alıb

03.05.20 18:15 677
Millimizin hücumçusu İngiltərə Premyer Liqasındakı ən yaxşı əcnəbi futbolçuların siyahısında yer alıb
İngiltərə Premyer Liqasında iştirak edən ən yaxşı əcnəbi futbolçular müəyyənləşib.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, "Givemesport” nəşri bununla bağlı araşdırma aparıb. Hazırda 66 fərqli yığma komandadan olan futbolçuların Premyer Liqa klublarında çıxış etdiyi vurğulanıb.
Siyahıda "Vulverhempton” klubunda yer alan Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da var. 21 yaşlı hücumçunun çempionatdakı yeganə azərbaycanlı futbolçu olduğu və əsas komandada debüt etmədiyi vurğulanıb. Dadaşovun 6 dəfə Azərbaycan millisinin formasını geyindiyi də yazıda əksini tapıb.
İndiyədək İngiltərə Premyer Liqasında 111 ölkənin futbolçuları çıxış edib.
Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda "Vulverhempton”la 4 illik müqavilə imzalayıb.

banner

Oxşar Xəbərlər