AZE | RUS | ENG |

Millimizin futbolçusu Türkiyə klubunun ən yaxşısı oldu

Millimizin futbolçusu Türkiyə klubunun ən yaxşısı oldu
Türkiyə çempionatının I liqasında çıxış edən “Dənizlispor”un futbolçularının XXX turun “Karşıyaka” ilə oyunundakı qiymətləri məlum olub. Apasport.az saytının xəbərinə görə, Türkiyə mətbuatı öz meydanında 1:2 hesabı ilə uduzan Dənizli təmsilçisinin üzvlərini 4-6 qiymətinə layiq bilib. Meydan sahiblərinin yalnız 2 futbolçusu özləri üçün ən yüksək olan qiymətə layiq görülüb. Onlardan biri Azərbaycan millisinin sabiq futbolçusu Arif İsayev olub. Matçın 41-ci dəqiqəsində meydana daxil olub, komandasının yeganə qolunu vuran yarımmüdafiəçimizin oyunu “6” ilə qiymətləndirilib. O, meydana sonradan çıxan digər futbolçu Alkanla birlikdə “Dənizlispor”un heyətində qarşılaşmanın ən yaxşılarından olub. Qeyd edək ki, digər təmsilçimiz Rail Məlikov bu görüşdə iştirak etməyib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775