• cümə axşamı, 25 aprel, 14:41
  • Baku Bakı 23°C

Millimizin futbolçuları seçki günü evə buraxılmadı

08.10.13 16:02 1845
Millimizin futbolçuları seçki günü evə buraxılmadı
Futbol üzrə Azərbaycan milli komandasının üzvləri 9 oktyabr prezident seçkisində qeydiyyatda olduqları məntəqələrdə səs verə bilməyəcəklər. Lent.az-ın məlumatına görə, hazırda Şimali İrlandiya və Rusiya ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçlarına hazırlaşan millimizin üzvləri evlərinə buraxmayıb.
Əvəzində onlar Bakının Xətai rayonundakı 36-cı seçki dairəsi, 55 saylı orta məktəbdə yerləşən 9-cu məntəqədə birgə səs verəcəklər. Bu məsələ AFFA rəhbərliyinin Mərkəzi Seçki Komissiyasına müraciətindən sonra müsbət həllini tapıb.
Qeyd edək ki, millimiz Şimali İrlandiyanı oktyabrın 11-də, Rusiyanı oktyabrın 15-də sınağa çəkəcək. Hər iki oyunun hazırlıq prosesinə oktyabrın 5-dən təlim-məşq toplantısı ilə start verilib.
banner

Oxşar Xəbərlər