AZE | RUS | ENG |

Millimizin futbolçuları başsız qaldılar

Millimizin futbolçuları başsız qaldılar
Futbol üzrə Türkiyənin PTT Birinci Liqasında mübarizə aparan “Denizlispor” klubu baş məşqçisiz qalıb.


Azerisport.az xəbər verir ki, Dənizli klubunun çalışdırıcısı Selahettin Dervent son turun “Karşıyaka” ilə oyunundakı məğlubiyyətdən (1:2) sonra istefa qərarını açıqlayıb. Ardıcıl uğursuzluqlara görə istefa verən baş məşqçinin bu qərarını rəhbərlik də müsbət cavablayıb. Bu barədə məlumatı “Denizlispor”un rəsmi saytı da təsdiqləyib. Klub rəhbərliyi Derventə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb. Hələlik Dənizli klubuna bundan sonra kimin rəhbərlik edəcəyi dəqiq bilinmir. Maraq üçün qeyd edək ki, “Denizlispor”da iki azərbaycanlı futbolçu – müdafiəçi Rail Məlikovla yarımmüdafiəçi Arif İsayev də çıxış edir. Məlikov artıq mövsümün əvvəlindən etibarən komandanın əsas heyət oyunçularından birinə çevrilib. Arif isə məhz Derventin dönəmində bu komandaya cəlb olunmuşdu. Arif son iki oyunda sonradan meydana daxil olmaqla qollar da vurmağa imkan tapıb. Onların yeni baş məşqçinin dövründə hansı aqibəti yaşayacağı maraq doğurur.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8964
GEL 1 1 Gürcüstan larisi 0.6134
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1611
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.6801
KWD 1 1 Küveyt dinarı 5.5836
TRY 1 1 Türkiyə lirəsi 0.2805