• cümə, 19 Aprel, 18:02
  • Baku Bakı 24°C

Millimiz yaponları məğlub etdi - Dünya çempionatında

24.09.14 10:08 1005
Millimiz yaponları məğlub etdi - Dünya çempionatında
24 komandanın iştirakı ilə keçirilən mundialda Azərbaycan millisi ilk qarşılaşmasında Yaponiya ilə üz-üzə gəlib.
D qrupunda yer alan və Bari şəhərində oynayan Aleksandr Çervyakovun yetirmələrinin qələbə qazanması heç də asan olmayıb. Zədə problemi səbəbindən İtaliyada tam heyətlə oynaya bilməyən komandamız əsasən gənclərə bel bağlayıb ki, bu da ilk görüşdə öz bəhrəsini verib.
İlk seti 3 qat dünya çempionlarına verən voleybolçularımız 2-ci hissəni xeyrinə tamamlayıb. 3-cü setdən də məğlub ayrılan qızllarımız növbəti hissəni qazanmağı bacarıblar. Tay-brek daha yaxşı oynayan yığma komandamız asiyalıları 15:9 hesabı ilə üstələyiblər.
Beləliklə, millimiz mundiala qələbə ilə başlayıb.
Qrupumuzun açılış matçında isə Çin Puerto-Rikanı sınağa çəkib. Oyun asiyalıların asan qələbəsi ilə başa çatıb. "Rabitə"nin voleybolçusu Aurea Kruzun da şərəfini qoruduğu Puerto-Rika rəqibinə yalnız ilk hissədə ciddi rəqabət göstərə bilib. Çin son 2 hissədə isə asan qələbə qazanaraq, mundiala 3 xalla başlayıb.
I turun son qarşılaşmasında Kuba Belçika ilə münasibətlərinə aydınlıq gətirib. Avropa təmsilçisi rəqibinə heç bir şans verməyib – 0:3./apasport/
23 sentyabr
Bari
D qrupu
YAPONİYA – AZƏRBAYCAN - 2:3 (25:17, 20:25, 25:20, 21:25, 9:15)
KUBA - BELÇİKA - 0:3 (15:25, 12:25, 16:25)
ÇİN – PUERTO-RİKO - 3:0 (25:23, 25:18, 25:20)
banner

Oxşar Xəbərlər