• cümə axşamı, 28 mart, 16:24
  • Baku Bakı 16°C

Millimiz Vətənə döndü

30.05.13 14:48 2196
Millimiz Vətənə döndü
Futbol üzrə Azərbaycan yığması Vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, ötən gecə Qətərlə yoldaşlıq görüşü (1:1) keçirən millimizin üzvləri qarşılaşmadan dərhal sonra Bakıya yola düşüblər.
Komandamız DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Lüksemburqla oyunun hazırlıqlarını artıq paytaxtda davam etdirir.
Qeyd edək ki, Bakıda millinin sıralarına daha beş futbolçu qoşulub. Bunlar ölkə kubokunun final oyunu ilə əlaqədar Dohaya aparılmayan Araz Abdullayev, Rəşad Sadiqov, Mahir Şükürov (hamısı “Neftçi”), Elnur Allahverdiyev və Rahid Əmirquliyevdi (hər ikisi “Xəzər Lənkəran”).
banner

Oxşar Xəbərlər