AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Millimiz Tanzaniyadan da geri qaldı

Millimiz Tanzaniyadan da geri qaldı

İdman
02 Aprel 2013, 14:28 1082
Aprelin 11-də rəsmən açıqlanacaq FİFA reytinqində milli komandaların qərarlaşacağı yerlər artıq məlumdur. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması bu dəfə 120-ci pillədə qərarlaşacaq.

Yeni reytinqdə millimizin hesabındakı xal 276-ya bərabər olacaq. Mart reytinqində 116-cı olan komandamız 4 pillə geriləyəcək. Buna səbəb DÇ-2014-ün son 2 seçmə oyunundakı uğursuzluqdur.

Belə ki, martın 22-də zəif Lüksemburqu səfərdə məğlub edə bilməyən yığmamız qolsuz heç-heçə ilə kifayətlənmişdi. Ardınca Bakıda Kriştianu Ronaldosuz Portuqaliyaya 0:2 hesabı ilə uduzmuşdu. 2 matçda 1 xalın qazanılması isə 4 pillə geriləməyə səbəb olub. Əvəzində ötən ay bizdən geridə olan Tacikistan, Tanzaniya və Liberiya milliləri komandamızı arxada qoyub.

Siyahının ilk 3 pilləsində dəyişiklik gözlənilmir. İspaniya (1538), Almaniya (1428) və Argentina (1292) yenə ön sıralarda olacaq.