• çərşənbə, 24 Aprel, 13:44
  • Baku Bakı 27°C

Millimiz Sloveniyada 3 oyun keçirəcək

14.04.16 16:05 1145
Millimiz Sloveniyada 3 oyun keçirəcək
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hazırlıq planı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri Sloveniyada təlim-məşq toplanışı keçirəcək.
Mayın 25-də başlayacaq hazırlıq prosesi iyunun 5-dək davam edəcək. Yığmamızın toplanış çərçivəsində 3 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub. Lakin komandamızın rəqiblərinin adları dəqiqləşməyib.
Millinin heyəti toplanış ərəfəsində açıqlanacaq. Çünki ölkə kubokunun finalının keçiriləcəyi gün start götürəcək hazırlıqda həlledici matçın iştirakçıları sonradan qatılacaq.
banner

Oxşar Xəbərlər