• cümə, 29 Mart, 19:52
  • Baku Bakı 14°C

Millimiz rekord vurdu

16.11.13 10:35 1200
Millimiz rekord vurdu
Apasport.az saytının məlumatına görə, 6 ildir yığmamızı çalışdıran almaniyalı ilə tarixinin ən yaxşı nəticələrini göztərən komandamız bu dəfə məhsuldarlıq rekordu vurub.
Noyabrın 15-də Tallinndə Estoniya yığmasına 1:2 hesabı ilə uduzan millimiz meydanı qolsuz tərk etməməklə yeni tarix yazıb. Belə ki, Rauf Əliyevin fərqlənməsi ilə yığmanın ardıcıl qol vurduğu görüşlərin sayı 7-yə çatıb.
Martın 26-da Bakıda Portuqaliyaya 0:2 hesabı ilə uduzan Foqtsun yetirmələri üçün həmin görüş qol vurulmayan son matçdır. Ondan sonra isə milli qarşılaşdığı hər rəqibin qapısına yol tapır.
Maltaya 3, Şimali İrlandiyaya 2 qol vuran komandamız Qətər, Lüksemburq, İsrail, Rusiya və Estoniya ilə görüşləri də qolsuz tərk etməyib. Son 7 matçda 10 qol vuran milli bununla da tarixinin ən uzun qol seriyasına imza atıb. Hələ noyabrın 19-da Qırğızıstanla səfər görüşündə bu seriyanı 8-ə də çatdırmaq olar.
29 may 2013. YO. Doha. Qətər – Azərbaycan - 1:1
7 iyun 2013. DÇ. Bakı. Azərbaycan – Lüksemburq - 1:1
14 avqust 2013. YO. Bakı. Azərbaycan – Malta - 3:0
7 sentyabr 2013. DÇ. Ramat-Qan. İsrail – Azərbaycan - 1:1
11 oktyabr 2013. DÇ. Bakı. Azərbaycan – Şimali İrlandiya – 2:0
15 oktyabr 2013. DÇ. Bakı. Azərbaycan – Rusiya – 1:1
15 noyabr 2013. Tallinn. YO. Estoniya – Azərbaycan - 2:1
Düzdür, dünya miqyasında bu göstəricilər ilə öyünmək olmaz. Onlarla, hətta 20-yə yaxın qarşılaşmada ardıcıl qol vuran komandalar kifayət qədərdir. Lakin 1992-ci ildə yaranan 21 yaşlı komandamız üçün bu hadisə də görünməmiş nəticədir. İndiyədək ardıcıl 7 oyun qol vurmaq nədir, 5-6 və ya daha çox oyunu əhatə edən qol həsrəti görmüşük. Özü də dəfələrlə. İndiki seriya isə 2004-cü ildə qeydə alınan rekordumuzu kölgədə qoyur. Həmin vaxt braziliyalı Karlos Alberto Torresin yetirmələri ardıcıl 6 görüşdə rəqib qapılarına yol tapmışdı.
Qol vurulmayan matç
18 fevral 2004. Ramat – Qann. YO. İsrail – Azərbaycan 6:0
Qol seriyası
31 mart 2004. Kişinyov. YO. Moldova – Azərbaycan 2:1
28 aprel 2004. Almatı. YO. Qazaxıstan – Azərbaycan 2:3
28 may 2004. Bakı. YO. Azərbaycan – Özbəkistan 3:1
6 iyun 2004. Riqa. YO. Latviya – Azərbaycan 2:2
18 avqust 2004. Əmman. YO. İordaniya – Azərbaycan 1:1
4 sentyabr 2004. Bakı. DÇ. Azərbaycan – Uels 1:1
Qol vurulmayan matç
8 sentyabr 2004. Vyana. DÇ. Avstriya – Azərbaycan 2:0
banner

Oxşar Xəbərlər