• çərşənbə, 24 Aprel, 20:42
  • Baku Bakı 23°C

Millimiz koreyalılara da məğlub oldu

08.01.15 19:12 1320
Millimiz koreyalılara da məğlub oldu
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib.
Trend-in məlumatına görə, futbolçularımız ikinci qrup mərhələsinin H qrupunda Koreya Respublikası yığması ilə qarşılaşıblar.
Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyun koreyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bundan əvvəl millimiz Sankt-Peterburq komandasına 2:4 hesabı ilə məğlub olmuşdu.
banner

Oxşar Xəbərlər