• cümə, 19 Aprel, 05:24
  • Baku Bakı 18°C

Millimiz fiasko ilə üzləşdi

19.09.13 09:14 1291
Millimiz fiasko ilə üzləşdi
Futzal üzrə Azərbaycan yığması ötən gecə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamız AÇ-2014-ün final mərhələsinə hazırlıq çərçivəsində Portuqaliya yığması ilə qarşılaşıb.
Portuqaliyada keçirilən qarşılaşmada meydan sahibləri inamlı qələbəyə seviniblər. Bir gün öncə keçirilən görüşdə rəqibi ilə 1:1 hesablı bərabərliyə nail olan millimiz bu dəfə fiasko ilə üzləşib. Belə ki, Joze Alesio Silvanın yetirmələri beş cavabsız qolla uduzublar.
Yoxlama oyunu
18 sentyabr

Portuqaliya – Azərbaycan – 5:0
Qollar: Arnaldo (1), Joao Matoş (8), Fabio Lima (9), Rikardinyo (25), Fabio Aquyar (28).
Hakimlər: Ruben Querreyro, Migel Kastilyo, Marko Rodriqes (Portuqaliya).
PORTUQALİYA: Kristiano, Rikardo Fernandes, Arnaldo, Rikardinyo.
Ehtiyat oyunçular: Paulinyo, Fabio Lima, Joao Matoş, Pedro Kari, Fabio Aquyar, Marinyo, Co.
Baş məşqçi: Xorxe Braş.
AZƏRBAYCAN: Buranello, Felipe, Edu, Amadeu, Vitali Borisov.
Ehtiyat oyunçular: Seymur Məmmədov, Fərid Ələkbərov, İlkin Hacıyev, Elnur Qəmbərov, Elnur Zamanov, İsa Atayev, Ramiz Çovdarov, Marat Salyanski (k).
Baş məşqçi: Alesio da Silva.
banner

Oxşar Xəbərlər