• cümə axşamı, 18 aprel, 16:16
  • Baku Bakı 22°C

Millimiz çempion oldu

10.05.13 08:21 1830
Millimiz çempion oldu
Xəbər verdiyimiz kimi, Mingəçevirin “Kür” İdman-Sağlamlıq Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş su polosu üzrə “Prezident Cup” beynəlxalq turnir başa çatıb
Azerisport.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunan yarışda Azərbaycan və Belarus milli yığma komandaları, həmçinin Moskva komandası və Gürcüstanın gənclərdən ibarət millisi iştirak edib. Son turun ilk oyununda Belarus yığması Gürcüstanı 17:9 hesabı ilə məğlub edib. Son oyunda Azərbaycan yığma komandası “Moskva”nı 16:13 hesabı ilə məğlub edib və çempion olub.
banner

Oxşar Xəbərlər