• cümə, 19 Aprel, 02:42
  • Baku Bakı 18°C

Millimiz Avropa çempionatı üçün Rumıniyaya yollandı

11.01.17 12:48 950
Millimiz Avropa çempionatı üçün Rumıniyaya yollandı
Sabah 18 yaşadək voleybolçular arasında Avropa çempionatının II seçmə mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı E qrupunun matçları Rumıniyada keçiriləcək.
Vüqar Əliyevin başçılıq etdiyi komanda yanvarın 12-15-də Ploisti şəhərində Rusiya, Rumıniya və Portuqaliya ilə oynayacaq. Komandamızın finala yüksəlməsi heç də asan olmayacaq. Çünki şimal qonşularımız qrupun favoritləri hesab olunduğu halda, ev sahibləri ikinci yerə iddia edəcək. Lakin U-18-də yer alan voleybolçularımızın Super Liqada "Lokomotiv” adı altında oynadığını nəzərə alsaq, sensasiya gözləməyə dəyər.
Artıq Rumıniyaya yollanan komandamız bunun üçün ilk turda Rusiyaya gücünü göstərməlidi. Əgər onlar bunu bacarsa, ardınca Portuqaliya və Rumıniyanı da məğlub edə bilərlər.
12 yanvar
22:00. Rusiya - Rumıniya
13 yanvar
17:00. Azərbaycan - Rusiya
19:30. Rumıniya - Portuqaliya
14 yanvar
17:00. Portuqaliya - Azərbaycan
15 yanvar
17:00. Portuqaliya - Rusiya
19:30. Rumıniya - Azərbaycan
Qeyd edək ki, II seçmə mərhələdə 32 ölkə hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq. İlk pillənin və 3 ən yaxşı ikinci yerlərin sahibləri final mərhələsinə yüksələcək. Burda onları apreldə həlledici oyunlara ev sahibliyi edəcək Hollandiya gözləyir.
banner

Oxşar Xəbərlər