• cümə, 29 Mart, 00:27
  • Baku Bakı 7°C

“Millimiz 3-cü yer uğrunda oynamalıdır“

25.02.14 12:47 1116
“Millimiz 3-cü yer uğrunda oynamalıdır“
Futbol üzrə milli komandamızın keçmiş məşqçisi Nazim Süleymanov azerisport.az saytına açıqlamasında Avro-2016-nın seçmə mərhələsində püşkün nəticələrini dəyərləndirib:
"Yığmamız çətin qrupa düşüb. İtaliya aşkar favoritdir. Xorvatiya güclü komandadır. Onlar ilk yerləri tutmağa çalışacaq. Bolqarıstan millisi son zamanlar inkişafdadır. Norveç Skandinaviya futbolu oynayır. Bununla belə, biz hədəfimiz uğrunda yarışmalıyıq. Azərbaycan millisi 3-cü yer uğrunda yarışmalıdır. Özümüzə inanmalıyıq və irəli getmək uğrunda oynamalıyıq. Son seçmə mərhələ də milliyə inanmırdılar, amma futbolçular yaxşı oyun sərgilədi. Lüksemburqa qalib gələ bilmədik, amma Şimali İrlandiyanı məğlub etdik. Gərək, milliyə inanaq".
banner

Oxşar Xəbərlər