• cümə, 19 Aprel, 18:34
  • Baku Bakı 24°C

Millimiz 10 pillə irəlilədi, Almaniya lider oldu

17.07.14 14:05 1386
Millimiz 10 pillə irəlilədi, Almaniya lider oldu
Braziliyada keçirilən dünya çempionatının ardından milli komandaların FİFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, mundialın 64 qarşılaşması reytinq siyahısında ciddi dəyişikliklərə səbəb olub.
Uzun müddət zirvədə qərarlaşan İspaniyanın hegemonluğu başa çatıb. Pireneylilər 7 pillə geriləyiblər. Braziliyanın 4, İtaliyanın 5 və İngiltərənin 10 pillə geriləməsi də qeyd olunmalıdı. Sonuncu iki komanda ilk “10-luq”dan da kənar düşüb. İtaliya hazırda dünyanın 14, İngiltərə isə 20-ci komandasıdır.
Əvəzində Almaniya 1-ci yerə qalxıb. Hollandiya isə böyük sıçrayış edib. Argentina, Kolumbiya, Belçika, Uruqvay və Fransa milliləri də ötən reytinqlə müqayisədə irəliləyiblər.
İlk “onluq”

1 (2). Almaniya – 1724
2 (5). Argentina – 1606
3 (15). Hollandiya - 1496
4 (8). Kolumbiya – 1492
5 (11). Belçika – 1401
6 (7). Uruqvay - 1330
7 (3). Braziliya – 1241
8 (1). İspaniya - 1229
9 (6). İsveçrə - 1216
10 (17). Fransa – 1202
Hesabat dövründə heç bir oyun keçirməyən Azərbaycan yığmasının da mövqeyi dəyişib. Ötən ay 83-cü yerdə qərarlaşan komandamız tarixinin ən yaxşı nəticəsi olan həmin göstəricini də yaxşılaşdırıb.
Millimiz bu dəfə 10 pillə irəliləyib. 410 xalla 73-cü pillədə olan komandamız Makedoniya, Kabo-Verde, Avstraliya, Zambiya, Səudiyyə Ərəbistanı, Mərakeş, Anqola, Belarus, Konqo, və Yamaykanı arxada qoyub.
Yığmamız tarixinin ən yaxşı nəticəsini göstərən 4 komandadan biridi. Mundialın tapıntılarından olan Kosta-Rika da 16-cı yerə qalxmaqla tarixlərində yeni səhifə açıb.
Millimiz və “qonşuları”

70 (70). İrlandiya - 440
71 (67). Boliviya - 429
72 (78). Bolqarıstan - 425
73 (83). AZƏRBAYCAN - 410
74 (80). Makedoniya – 406
75 (39). Kabo-Verde – 401
76 (62). Avstraliya – 397
Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən üçü - Bolqarıstan 6, Norveç 2, Xorvatiya 1 pillə irəliləyib. Qrupun favoriti İtaliya 5, autsayderi Malta isə 18 pillə geriləyib.
AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

14 (9). İtaliya – 1056
17 (18). Xorvatiya – 955
53 (55). Norveç - 520
72 (78). Bolqarıstan - 425
73 (83). AZƏRBAYCAN - 410
150 (132). Malta – 146
Qeyd edək ki, qonşularımızdan Rusiya 23-cü (-4), Türkiyə 32-ci (+3), Ermənistan 41-ci (-3), İran 49-cu (-6) və Gürcüstan 96-cı (0) pillədə qərarlaşıb. Göründüyü kimi, yalnız Azərbaycan və Türkiyə reytinq sıralamasında irəliləyib.
banner

Oxşar Xəbərlər