AZE | RUS | ENG |

Millimiz 10 pillə irəlilədi, Almaniya lider oldu

Millimiz 10 pillə irəlilədi, Almaniya lider oldu
Braziliyada keçirilən dünya çempionatının ardından milli komandaların FİFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, mundialın 64 qarşılaşması reytinq siyahısında ciddi dəyişikliklərə səbəb olub. Uzun müddət zirvədə qərarlaşan İspaniyanın hegemonluğu başa çatıb. Pireneylilər 7 pillə geriləyiblər. Braziliyanın 4, İtaliyanın 5 və İngiltərənin 10 pillə geriləməsi də qeyd olunmalıdı. Sonuncu iki komanda ilk “10-luq”dan da kənar düşüb. İtaliya hazırda dünyanın 14, İngiltərə isə 20-ci komandasıdır. Əvəzində Almaniya 1-ci yerə qalxıb. Hollandiya isə böyük sıçrayış edib. Argentina, Kolumbiya, Belçika, Uruqvay və Fransa milliləri də ötən reytinqlə müqayisədə irəliləyiblər. İlk “onluq” 1 (2). Almaniya – 1724 2 (5). Argentina – 1606 3 (15). Hollandiya - 1496 4 (8). Kolumbiya – 1492 5 (11). Belçika – 1401 6 (7). Uruqvay - 1330 7 (3). Braziliya – 1241 8 (1). İspaniya - 1229 9 (6). İsveçrə - 1216 10 (17). Fransa – 1202 Hesabat dövründə heç bir oyun keçirməyən Azərbaycan yığmasının da mövqeyi dəyişib. Ötən ay 83-cü yerdə qərarlaşan komandamız tarixinin ən yaxşı nəticəsi olan həmin göstəricini də yaxşılaşdırıb. Millimiz bu dəfə 10 pillə irəliləyib. 410 xalla 73-cü pillədə olan komandamız Makedoniya, Kabo-Verde, Avstraliya, Zambiya, Səudiyyə Ərəbistanı, Mərakeş, Anqola, Belarus, Konqo, və Yamaykanı arxada qoyub. Yığmamız tarixinin ən yaxşı nəticəsini göstərən 4 komandadan biridi. Mundialın tapıntılarından olan Kosta-Rika da 16-cı yerə qalxmaqla tarixlərində yeni səhifə açıb. Millimiz və “qonşuları” 70 (70). İrlandiya - 440 71 (67). Boliviya - 429 72 (78). Bolqarıstan - 425 73 (83). AZƏRBAYCAN - 410 74 (80). Makedoniya – 406 75 (39). Kabo-Verde – 401 76 (62). Avstraliya – 397 Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən üçü - Bolqarıstan 6, Norveç 2, Xorvatiya 1 pillə irəliləyib. Qrupun favoriti İtaliya 5, autsayderi Malta isə 18 pillə geriləyib. AVRO-2016-nın seçmə mərhələsinin H qrupu 14 (9). İtaliya – 1056 17 (18). Xorvatiya – 955 53 (55). Norveç - 520 72 (78). Bolqarıstan - 425 73 (83). AZƏRBAYCAN - 410 150 (132). Malta – 146 Qeyd edək ki, qonşularımızdan Rusiya 23-cü (-4), Türkiyə 32-ci (+3), Ermənistan 41-ci (-3), İran 49-cu (-6) və Gürcüstan 96-cı (0) pillədə qərarlaşıb. Göründüyü kimi, yalnız Azərbaycan və Türkiyə reytinq sıralamasında irəliləyib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311