• cümə axşamı, 28 mart, 18:30
  • Baku Bakı 13°C

Milli.Az 7 yaşını qeyd edir

01.02.17 14:10 899
Milli.Az 7 yaşını qeyd edir
Bu günMilli.Azinternet portalının 7 yaşı tamam olur.
Portal belə qısa müddət ərzində Azərbaycanın ən çox oxunan internet resursları sırasına daxil olub.
Bu müddət ərzində Milli.Az inkişaf edərək daha funksional olub, kifayət qədər auditoriya qazanıb. İlk günündən dəqiq xəbərlər, baş verən hadisələrə mütəxəssis və ekspertlərin rəyləri, obyektiv informasiyalar vermək yolunu seçmiş Milli.Az-ın oxucularının sayı fasiləsiz artmaqdadır. Artıq stabil hal almış bu artım Milli.Az internet portalındakı kontent, informasiya və xəbərlərə olan tələbatla bağlıdır. Milli.Az internet portalının oxucu auditoriyasının stabil artımı həm də portal yaranandan sonra aparılan təkmilləşmə və inkişaf işlərinin məntiqi nəticəsi sayıla bilər.
Ciddi veb-resurs üçün qısa zaman sayıla biləcək 7 il ərzində Milli.Az bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib.
Fəaliyyəti baş verən hadisələrlə bağlı oxucuları obyektiv, sürətli və ən başlıcası, vaxtında məlumatlandırmaqla yanaşı, Azərbaycanın informasiya məkanı ilə yanaşı, ümumi inkişafına xidmətdir.
Bu gün Milli.Az internet portalı Azərbaycanda ən çox oxunan, sayılan və nüfuzlu kütləvi informasiya vasitələrindən biridir.
Milli.Az internet portalının kollektivini təbrik edir, onlara böyük uğurlar arzulayırıq!
banner

Oxşar Xəbərlər