• cümə axşamı, 18 aprel, 04:30
  • Baku Bakı 15°C

Milli valyutada olan əmanətlər 20 faizədək artıb

20.05.19 15:30 422
Milli valyutada olan əmanətlər 20 faizədək artıb
Aprelin 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz artaraq 8 milyard 339,1 milyon manat təşkil edib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, əmanətlərin 60,5 faizi xarici, 39,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 19,9 faiz, xarici valyutada əmanətlər isə 2,8 faiz artıb.
banner

Oxşar Xəbərlər