• cümə, 29 Mart, 19:44
  • Baku Bakı 14°C

Milli top-model müsabiqəsinin final gecəsi keçirilib

03.07.19 09:07 1585
Milli top-model müsabiqəsinin final gecəsi keçirilib
«SHANI Hotel & Villas»da «Miss & Mister Top Model Azerbaijan 2019» milli top-model müsabiqəsinin final gecəsi baş tutub.
Trend-in məlumatına görə, milli top-model müsabiqəsi olan «Miss & Mister Top Model Azerbaijan 2019» 8 ay ərzində davam edib. Müsabiqəyə 60-dan çox olan bəylər və xanımlar qoşulublar. İştirakçılar - kastinq, seçim turları, opening-party və nəhayət final gecəsindən keçiblər.
Tanınmış aktyor və ssenarist Anar Xəlilovun və cazibədar "Miss Azərbaycan 2018" Nərmin Hacıyevanın aparıcı qismində çıxış etdilər.
Gecəyə öz çıxışları ilə «Let’s Dance» Team, «Titan» Robot Show, rep ifaçısı Kamal Məmmədov (KQB), müğənnilər Əlican Həmid, Fərid Ağa, Elvin Babazadə, və DJ Noor, DJ Crazy birdə DJ Farid tamaşaçıları məmnun etmişdirlər.
Müsabiqənin rəsmi saytı olan www.misstopmodel.az online-səs vermənin və final gecəsinin münsiflər heyyətinin səsləri toplanaraq, «Miss & Mister Top Model Azerbaijan 2019»-un qalibləri - Xəyalə Əsgərova və Fərrux Rəcəbov seçilmişdirlər.
Münsiflər heyyətində aktyor və rejissyor Samir Ələsgərov, rəssam və «Minabi» brendinin təsisçisi Milena Nəbiyeva, şanson ifaçısı Ceyhun Bakinskiy, dizayner, «by Vafa» brendinin təsisçisi Vəfa İsazadə, aparıcı, teatr və kino aktyoru Rüfət Nazar, vizajist Natalya İsm, teleaparıcı, aktyor, çox qadınların sevimlisi olan Şəhriyar Əbilov, «Miss Planet Top Model 2017» Günel Məmmədova, «2nd Runner Up of Miss Top Model Azerbaijan 2017» Röya İbrahimova və stilist Miri Yusif yer almışdırlar.
banner

Oxşar Xəbərlər