• cümə axşamı, 25 aprel, 16:53
  • Baku Bakı 23°C

Milli təhsil quruculuğu tarixi

24.10.18 14:30 1733
Milli  təhsil  quruculuğu  tarixi
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) 1918-ci il dekabrın 13-dən 28-dək olan müddətdə milli təhsil quruculuğu tariximizdə əhəmiyyətli rolu olmuş xalq və ali-ibtidai məktəb müfəttişlərinin, müəllim və pedaqoqların, təhsil işçilərinin ilk qurultayı keçirilmişdir. Həmin əlamətdar hadisədən 100 il keçməsinə baxmayaraq Bakı şəhərində, 2-ci real məktəbinin zalında Xalq Maarif Nazirinin müavini Həmid bəy Şahtaxtinskinin sədrliyi ilə keçirilmiş qurultayın materialları müasir dövrdə də unudulmur və bu gün də dərin hörmət və ehtiramla öyrənilir, tədqiq edilir və gənc nəslin elmi - pedaqoji biliyinin artırılmasında istifadə edilir. Azərbaycan xalq maarifi və məktəbinin bu və ya digər tarixi mərhələlərdə necə inkişaf etdiyini, hansı inkişaf mərhələlərindən keçdiyini öyrənmək hər zaman olduğu kimi, bu gün də zəruridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan təhsil tarixi hər birimizin fəxr etdiyi nailiyyətlərlə zəngindir. Azərbaycan müəllimləri bütün tarix boyu, təhsildə varisliklə novatorluğu, ənənə ilə islahatın vəhdətini öz fəaliyyətlərində əks etdirmişlər....” "Təhsil əsri” adı qazanmış XXI əsr Azərbaycan təhsilinin də yeniləşməsini və müasirləşməsini tələb edir”.
Cümhuriyyət dövründə çağırılmış ilk qurultayın təhsil tariximizdəki əhəmiyyətli rolunu nəzərə alaraq, onun fəaliyyətinə bir daha nəzər salmaq və milli təhsil quruculuğunda xidmətləri olmuş tanınmış maarif fədailərini böyük hörmət və ehtiramla yad etmək, həmçinin gənc nəslin elmi-pedaqoji biliyinin artırılması məqsədilə arxiv sənəd və materialları əsasında hazırladığım bu məqaləni hörmətli oxucularımızın diqqətinə çatdırıram:
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qarşısında duran ən vacib məsələlərdən biri də yenicə yaradılmış respublikada xalq maarifi və təhsilinin inkişafına, savadsızlığın və geriliyin aradan qaldırılmasına, məktəb-təhsil işinin geniş surətdə yayılmasına nail olmaqdan ibarət idi. Qarşıda duran məqsədlərə çatmaqdan ötrü xalq maarifinin yayılması üzrə çoxşaxəli tədbirlərin, o cümlədən ibtidai, ümumi orta, texniki və peşə təhsili üzrə anadilli məktəblər şəbəkəsinin yaradılması, məktəb və təhsil işinin milli köklər üzərində yenidən qurulması, ana dilində milli proqram və dərsliklərin işlənib hazırlanması və nəşr edilməsi, qadınların dünyəvi təhsil alması üçün müvafiq təhsil ocaqlarının açılması, yaşlıların təhsili üzrə lazımi tədbirlərin həyata keçirilməsi təxirəsalınmaz bir vəzifə kimi milli hökumətin və Xalq Maarif Nazirliyinin qarşısında dayanırdı. Bu vəzifənin ölkəmiz üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyi, respublikamızın Dövlət Arxivi və Dövlət Tarix Arxivinin müvafiq fondlarında saxlanılan tarixi sənədlərdə öz əksini tapmışdır. Məsələn, Azərbaycan Respublikası Xalq Maarif Naziri N.b.Yusifbəylinin 1918-ci ilin dekabr ayında Bakı Qubernatoruna göndərdiyi məktubda qeyd edilirdi: "1917-ci il çevrilişinədək Rusiya hökuməti özünün xüsusi siyasi niyyətlərini əldə rəhbər tutaraq, xalqın maarifləndirilməsi işinə çox az qayğı göstərmişdi. Ölkədəki məktəblərin vəziyyəti olduqca acınacaqlı idi. Xalq məktəbləri özünün dözümlüyü baxımından dövlət orqanizmindəki "sağalmaz yaranı" xatırladırdı. Çar hökuməti bununla barışmağa məcbur idi və eyni zamanda məktəbləri məhdud çərçivədə saxlamaqdan ötrü müxtəlif tədbirlər həyata keçirirdi. Xalq maarifinin daşıyıcıları olan xalq müəllimləri çar hökuməti tərəfindən müxtəlif təhqir və təqiblərə məruz qalırdılar... Həmin hökumətin ucbatından hazırda Azərbaycanın bütün ərazisi boyu məktəblərə böyük ehtiyac duyulur və indi Nazirlik bütün qüvvəsini yeni məktəblərin, müəllim kurslarının və s. açılmasına yönəldərək, mümkün qədər qısa müddətdə ölkədə maarif və təhsil işini lazımi səviyyədə qurmağa çalışır. Çünki, indiki zamanda yalnız savadlı xalqın sərbəst yaşamağa hüququ və imkanı vardır. Xalqın mövcud vəziyyətə ayıq münasibət göstərməsi və onun vətənə şüurlu məhəbbət ruhunda tərbiyə olunması vacibdir. Bu işin öhdəsindən xalq maarifi və onun daşıyıcısı olan xalq müəllimləri gələ bilərlər. Vətənin mövcudluğunu və tərəqqisini əziz tutan hər bir vətəndaşın mənəvi borcudur ki, bütün qüvvəsini fəaliyyətdə olan məktəblərə dəstək olmağa yönəltsin və yeni məktəblərin açılması işinə əlindən gələn köməkliyi etsin. Təbiidir ki, xalq müəllimlərinə, onların böyük və ağır əməyinə cəmiyyətdə layiqli yüksək yer ayrılmalıdır”. Məktubda Bakı qubernatorundan həmçinin xahiş edilirdi ki, onun tabeçiliyində olan bütün təşkilatların rəhbərlərinə tapşırılsın ki, onlar ölkədə məktəblərin açılması və onların fəaliyyətinin təmin edilməsi, məktəb rəhbərlərinin və xalq müəllimlərinin bütün ehtiyaclarının ödənilməsi işinə dəstək olsunlar ki, müəllimlər də öz müqəddəs vəzifələrini layiqincə yerinə yetirə bilsinlər. Ölkənin gələcək taleyi bu işlərin müvəffəqiyyətindən çox asılıdır.
Azərbaycan Respublikasının Dövlət Arxivlərində mühafizə edilən arxiv sənəd və materiallar və digər tarixi mənbələr təsdiq edir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yarandığı ilk vaxtdan etibarən xalq maarifi, təhsil və mədəniyyətinin inkişaf etdirilməsini taleyüklü məsələ kimi ön cərgəyə çəkmişdir. Çünki, respublikada, xalq maarifi qarşısında duran məsələləri həll etmədən müstəqilliyini yenicə əldə etmiş ölkənin gələcək inkişafını təmin etmək, onun iqtisadi qüdrətini möhkəmləndirmək mümkün deyildi. Respublikada maarif, təhsil, təlim-tərbiyə işinin ən aktual məsələlərini yubanmadan müzakirə etmək və həlli yollarını tapmaqdan ötrü, Xalq Maarif Nazirliyinin təşəbbüsü ilə Bakı şəhərində 2-ci real məktəbin zalında, 1918-ci il dekabr ayının 13-dən 28-dək olan müddətdə Xalq Maarif Nazirinin müavini, Həmid bəy Şahtaxtinskinin sədrliyi ilə xalq və ali-ibtidai məktəb müfəttişləri və müəllim seminariyaları direktorlarının qurultayı çağırıldı. Azərbaycan hökumətinin 17 dekabr 1918-ci il tarixli qərarı ilə bu qurultaya ezamiyyə edilmiş şəxslərin həmin müddətdə yaşayış xərclərinin ödənilməsi üçün Xalq Maarif Nazirinin sərəncamına 24 min publ həcmində pul vəsaiti ayrıldı.
Ölkəmizdə tanınmış pedaqoqların, maarif və təhsil xadimlərinin - Həmid bəy Şahtaxtinski, Azad bəy Əmirov, Rəşid bəy Əfəndiyev, Soltan Məcid Qəniyev, Abdulla bəy Əfəndiyev, Firidun bəy Köçərli, Cavad Cuvarlinski, Səməd bəy Acalov, Əhməd ağa Mustafayev, M.Mahmudov, N.Nərimanbəyov, Ş.Səfərəlibəyov və başqalarının iştirakı ilə keçirilmiş həmin qurultay böyük əhəmiyyətə malik olmuşdur. Qurultayda müzakirə ediləcək məsələlərin siyahısı Xalq Maarif Nazirliyinin xalq təhsili üzrə baş idarəsinin rəisi Azad bəy Əmirov tərəfindən qurultay iştirakçılarına əvvəlcədən göndərilmişdi. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin müvafiq fondlarında saxlanılan sənədlər araşdırılarkən, xalq təhsili üzrə baş idarənin rəisi A.b. Əmirovun Qazax müəllimlər seminariyasının direktoru F.b. Köçərliyə göndərdiyi siyahı aşkar edilmişdir. Həmin siyahıda qurultayın müzakirəsinə çıxarılmış məsələlərin aşağıdakılardan ibarət olduğu göstərilirdi:
I. Maliyyə məsələləri. 1919-cu ilə dair xərclər smetasının müzakirəsi: 1) ibtidai məktəblər üzrə; 2) ali-ibtidai məktəblər üzrə; 3) Maryinski məktəbləri üzrə; 4) sənət məktəbləri üzrə; 5) xalq məktəb müfəttişlərinin dəftərxanaları üzrə.
Qurultayda xərclər smetasının müzakirəsi ilə əlaqədar müəyyən vəzifələrin ləğvi və yeni vəzifələrin təsis edilməsi məsələlərinə baxılması da nəzərdə tutulmuşdur.
II. İnzibati məsələlər: Xalq məktəbləri müfəttişlərinin ali-ibtidai, Maryinski və sənət məktəbləri, habelə digər aşağı kateqoriyalı məktəblərə olan münasibəti. Yuxarıda adları sadalanan məktəblər üzrə ayrılan xərclərə dair izahatın verilməsi.
III. Proqram məsələlər:
İbtidai məktəblərin eynitipliliyi (zemstvo,normal,prixod /məhəllə/ və s; İbtidai məktəblər üçün proqram və dərsliklərin tərtib edilməsi.
IV. Ümumi xarakterli məsələlər:
Müəllim kursları və onun bəndləri; Rayon qurultayları; Dəftərxana yazışmalarının üsulları və əsasən də pul hesabatlarının aparılması yolları ilə tanış olması məqsədilə müəllimlər üçün kursların keçirilməsi; Kənd sakinləri üçün mütaliələrin keçirilməsi; Əlifba məsələsi; müəllimlərin hərbi mükəlləfiyyətə münasibəti; Peşə təhsilinin təşkili; Sinifdən xaric oxu; Uşaq bağçaları; Məktəb və pedaqoji muzeylər; Məktəb və müəllim ekskursiyaları; Məktəb dərman qutuları; Məktəb əmanət kassaları; Hərbi və digər gimnastika; Coğrafi, tarixi və digər müsəlman xəritələri; Səyyar müsəlman əlifbaları; Xalq məktəbləri müfəttişləri nəzdində dərs vəsaiti anbarları.
Siyahıda qeyd olunan məsələlər ölkəmizdə maarif, təhsil, məktəb-tədris və təlim-tərbiyə işinin aktual və həlli yubanmadan tələb olunan tapşırıqlar kimi qurultayın müzakirəsinə çıxarılmışdır. Qurultayın müzakirəsinə çıxarılmış məsələlərin çoxşaxəli və mürəkkəb ol­du­ğu­nu nəzərə alaraq, həmin məsələlərin ətraflı müzakirə edilməsi və praktiki əhəmiyyətə ma­lik qərarların qəbul edilməsi üçün dekabrın 17-də keçirilmiş 3-cü iclasda müxtəlif sa­hələr üzrə təcrübəli pedaqoq və təhsil mütəxəssislərindən ibarət səriştəli komis­si­ya­la­rın yaradılması haqqında qərar qəbul edildi. Həmin komissiyalar ayrı-ayrı sahələr üzrə aşağıdakı tərkibdə yaradılmışdır:
1. Ali-ibtidai məktəblərin smetasının işlənib hazırlanması üzrə komissiyanın tər­ki­bi: S. Acalov; A. Mahmudov; Ə.Mustafayev; M.b.Əfəndiyev; B.Kiçikxanov.
2. Maryinski və sənət məktəbləri üzrə smetanın işlənib hazırlanması üzrə-V.Y.Va­silyev; H.Nərimanbəyov; İ.Qəbulov və C.Cuvarlinski.
3. Müfəttişlərin dəftərxanalarının smetasının işlənib hazırlanması və ali-ibtidai, sə­nət və Maryinski məktəblərinin müfəttişliyə münasibəti üzrə - Ş.Səfərəlibəyov; A.Mi­nasazov; M.b.Quliyev; A.Qiyasbəyov; M.Mahmudov; A.Mustafayev.
4. Aşağı ibtidai məktəblərin eynitipliliyi üzrə- Gəncə müəllimlər seminariyasının direktoru V.Y.Vasilyev; Xalq məktəbləri inspektorları: -Nuxa qəzası üzrə Abdulla bəy Əfəndiyev, Naxçıvan qəzası üzrə Rəşid bəy Əfəndiyev; Gəncə qəzası üzrə Cavad bəy Cuvarlinski və Zaqatala quberniyası üzrə İsmayıl bəy Qəbulov.
Məktəb və müəllimlərin əməli fəaliyyətlərinə kömək göstərəcək qərarların qəbul edilməsi məqsədilə, Qurultayın gündəliyinə çıxarılmış yuxarıda qeyd olunmuş məsələlər üzrə ətraflı müzakirələr aparılmışdı. Qurultayda iclasların gün ərzində fasiləsiz olaraq gərgin keçdiyi barədə hökumətin mətbu orqanı olan "Azər­baycan” qəzetində də məlumat verilmişdir. Qurultayda "Aşağı ibtidai məktəblərin eynitipliliyi” məsələsi üzrə yaradılmış komissiyanın de­kabrın 17-də keçirilmiş iclasında qurultayın sədri, Xalq Maarif Nazirinin müavini Həmid bəy Şah­taxtinskinin "zemski”, "normal”, "prixodski” adlanan aşağı ibtidai məktəblərin eyni­tip­li­lik prinsipinin həyata keçirilməsi haqqında təklifi dinlənildi. Komissiya üzv­lə­ri məktəblərin vahidliyinə nail olmaqdan ötrü belə nəticəyə gəldilər ki, res­pub­li­ka­da fəaliyyət göstərən və son nəticə etibarı ilə eyni məqsəd güdən bütün aşağı ibtidai mək­təblər "Azərbaycan Respublikası Xalq Maarif Nazirliyinin aşağı ibtidai mək­təb­ləri" vahid termin altında birləşdirilsin və onların saxlanması üçün tələb olu­nan xərc­lər dövlət xəzinəsindən maliyyələşdirilsin. Komissiya aşağıdakı amil­lərə əsaslanaraq belə bir nəticəyə gəlmişdir:
1) Hazırda "zemski” adlandırılan aşağı ibtidai məktəblərin müəyyən bir qrupunun dövlət xəzinəsindən maliyyələşdirilməsi, habelə "zemski” rüsumlarının xəzinənin mə­da­xi­li­nə yönəldilməsi haqqında qurultayın qərarından sonra həmin məktəblərin "zemski” ad­lan­dı­rılmasına əsas və ehtiyac qalmır. Çünki, həmin məktəblər yalnız bir əlamətinə görə - "zems­ki” rüsumlarından asılılığına görə, "zemski” məktəbləri termini altında ayrıca bir qrupda birləşdirilmişdir.
2) 1828-ci ilin nizamnaməsinə görə, "prixodski” adlandırılan məktəblərdə təlim-tər­biyə işinin müasir qoyuluşu onun yaradılmasının ilkin məqsədlərindən çox uzaq­laş­dırıldığından, indi həmin məktəbləri 1828-ci ilin nizamnaməsinə görə "prixodski” ad­landırmaq doğru olmazdı. Komissiya həmin addan imtina etməyi və bu adda fəaliyyət göstərən məktəbləri digər aşağı ibtidai məktəblər kimi "Xalq Maarif Nazirliyinin aşağı ibtidai məktəbləri” adlandırmağı qərara aldı.
3. Komissiya, "normal” kənd məktəbləri məsələsi üzrə 1873-cü ildən Zaqafqaziya di­yarında, o cümlədən Azərbaycanda meydana gəlmiş "normal kənd məktəbləri” ter­mi­no­logiyasını da ləğv etmək qərarına gəlmişdir. Komissiyanın bu qərara gəlməsinə baş­­lıca səbəb, həmin məktəblərdə çalışan müəllimlərin hüquqi vəziyyətinin digər xalq müəl­limlərinin hüquqi vəziyyəti ilə ədalətli müqayisəsi olmuşdur. Yaranmış vəziyyəti nəzərə alaraq, komissiya belə qənaətə gəlmişdir ki, xalq müəllimləri ara­sın­da ayrı seçkiliyə yol vermək olmaz. Normal kənd məktəblərinin də təxirə salınmadan aşağı ibtidai məktəblərin ümumi vahid ailə­si­nə daxil edilməsi vacib sayılsın və aşağı ibtidai məktəblərdə çalışan bütün mü­əll­im­lə­rin dövlət qulluğunda olduğu tanınsın, onlara dövlət qulluğuna aid hüquq və im­ti­yaz­lardan həm işlədikləri müddətdə, həm də təqaüdə çıxarkən istifadə etmək hüququ ve­rilsin.
Qurultay nümayəndələrindən dərsliklər üzrə seçilmiş komissiyanın iclası da dekabrın 17-də keçirilmişdir. Dərsliklər barədə seçilmiş komissiyanın tərkibi aşağıdakı təcrübəli pedaqoq və təhsil mütəxəssislərindən ibarət idi:
1. Bakı quberniyası xalq məktəblərinin direktoru Sultan Məcid Qəniyev;
2. Şuşa və Cavanşir qəzaları xalq məktəbləri müfəttişi Həşim bəy Nərimanbəyov;
3. Naxçıvan qəzası xalq məktəbləri müfəttişi-Rəşid bəy Əfəndiyev.
Məsələ ilə bağlı məruzə Rəşid bəy Əfəndiyev tərəfindən təqdim edilmişdir:
Komissiya əldə olan dərsliklərə baxdıqdan sonra onlardan aşağıdakıları yararlı hesab edərək ibtidai məktəblərdə təcrübədən keçirməyi qərara aldı:
1. Birinci bölmədə ilk dərslərin deyilməsi üçün Mahmud bəy Mahmudbəyonun "Türk əlifbası” və Aleksey Osipoviç Çernyayevskinin "Vətən dili” dərsliyi qənaət­bəxş hesab edilsin.
2. İbtidai məktəblərin həmin bölməsində hesab dərsi üzrə Qafur Rəşadın hesab dərsliyi qəbul edilsin.
3. İbtidai məktəblərin ikinci bölməsində dil və oxu dərsi üçün Bakı müəl­lim­lə­ri­nin tərtib etdikləri kitablar (adları göstərilmir-R.S.) hələlik qənaətbəxş hesab edilsin.
4. Bu bölmədə hesab fənni üzrə hələlik Qəbulovun "Rəhbər-Hesab” dərsliyi və Həmid bəy Usubbəyovun hesab elmi kitabı qəbul edilsin.
5. 3-cü bölmədə dil fənni üçün Rəşid bəy Əfəndiyevin "Bəsirət-ül-ətfal” kita­bın­dan istifadə edilsin.
6. Bu bölmədə hesabdan dərs keçmək üçün Həmid bəy Usubbəyovun "Elm-Hesab” kitabı qəbul edilsin.
7. 4-cü və 5-ci bölmələrdə Abdulla Şaiqin "Gülzar” və Ağayevin müntəxəbatı "Ədəbi əsərlərin toplusu” təcrübədən keçirilsin.
8. Qafur Rəşadın "Rəhbər Sərf” və Axund Yusif Talıbzadənin "Sərf-Türkisi”.
9. Ali-ibtidai məktəblərin bölmələrinin ilk və son buraxılışına Saleh Zəkinin təbiətşünaslığı keçirilsin.
10. Ali-ibtidai məktəblərdə həndəsə üzrə "Elm-İndus” həndəsə dərsliyi təc­rü­bə­dən keçirilsin.
11. Təbiətşünaslıq üzrə dərslik məruzədə göstərilməmişdir.
12. Ali-ibtidai məktəblərdə coğrafiya fənni Həsən Fəridin yeni coğrafiya fənni üz­rə tədris edilsin.
13. Tarix fənni üzrə hansı dərslik və kitabın tövsiyə edildiyi barədə komis­si­ya­nın iclas protokolunda heç bir məlumat qeyd edilməmişdir.
14. Digər yazılmış əsərlərlə bağlı komissiya yalnız Mirzə Məmməd Axund oğ­lu­nun "Hesab Sorğuları” sərlövhəli kitabına baxaraq qərar almışdır ki, aradan qaldırılması tələb olunan bəzi nöqsanlar müəllifin nəzərinə çatdırılsın.
Qurultayın Xalq Maarif Nazirinin müavini Həmid bəy Şahtaxtinskinin sədrliyi ilə dekabrın 18-də keçirilmiş növbəti iclasında əvvəlki iclaslarda iştirak etmiş nü­ma­yən­dələrdən əlavə olaraq, Lənkəran qəzası xalq məktəbləri müfəttişi G.N.Teterev­yat­nikov da iştirak edirdi. İclasın gündəliyinə müzakirə üçün beş məsələ çıxarılmışdır:
1. 1918-ci ilin yanvar-dekabr ayları üzrə müəllimlərin tam şəkildə ala bilmə­dik­lə­ri maaşları barədə;
2. Məktəblərin dava-dərman və dərslik vəsaitləri ilə təmin edilməsi üçün dövlət xəzinəsindən müəyyən məbləğin ayrılması;
3. Məktəbi idarə etdiyinə, gimnastika, nəğmə, peşə dərslərini keçdiyinə görə müəl­limlərin mükafatlandırılması;
4. İdarə "upravski” məktəblərinin maliyyələşdirilməsi barədə;
5. Müəllimlərin təqaüd kassaları barədə.
Qurultayda aparılmış gərgin müzakirələrin nəticəsi olaraq həmin məsələlərin həlli yolları müəyyən edilmişdir. Qurultayda iclasların gün ərzində fasiləsiz olaraq gərgin keçdiyi barədə hökumətin mətbu orqanı olan "Azərbaycan” qəzetində də məlumat verilmişdir.
İbtidai məktəblərin (zemski; normal; prixodski adlanan aşağı ibtidai məktəblərin -R.S.) eynitiplilik prinsipinin həyata keçirilməsi məqsədilə respublikada fəaliyyət göstərən və son nəticə etibarilə eyni məqsəd güdən bütün aşağı ibtidai məktəblərin "Azərbaycan Respublikası Xalq Maarif Nazirliyinin aşağı ibtidai məktəbləri” vahid termini altında birləşdirilməsi, xalq müəllimlərinin hüquqi vəziyyətinin eyniləşdirilməsi, onlar arasında əvvəlki dövrlərdə yol verilmiş ayrı-seçkiliyin aradan qaldırılması və onların saxlanması xərclərinin dövlət xəzinəsindən maliyyələşdirilməsi; Cəmiyyətlə məktəblər arasında mübahisələr doğuran, məktəb və müəllimlərin nüfuzuna xələl gətirən məktəblər üzrə məktəb mükəlləfiyyətləri barədə icma qərarlarının ləğv edilməsi; yeni tədris proqramlarının işlənib hazırlanması, dərsliklərin seçilməsi; məktəbdən xaric təhsil və bununla bağlı məktəb kitabxanalarının təşkili; şagirdlərin tarixlə vətənpərvərlik ruhunda tərbiyələndirilməsi üzrə işlərin qoyuluşu; uşaq və pedaqoji jurnalların buraxılması; uşaq bağçalarının yaradılması; ibtidai məktəblərdə bədən tərbiyəsi işinin təşkili; müəllim qıtlığı problemi və onun həlli yollarının araşdırılması; müəllimlərin əməyinin ödənilməsi və s. həlli təxirə salınmadan tələb olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilmiş, təklif və tövsiyələr verilmişdir ki, bu da öz dövrünün tələblərinə uyğun yeni məktəb quruculuğu və məktəb islahatı işində olduqca əhəmiyyətli olmuşdur. Təsadüfü deyildir ki, qurultayın, dekabrın 24-də xalq təhsili üzrə baş idarənin rəisi A.Əmirovun sədrliyi ilə keçirilmiş iclasında Nuxa-Ərəş rayonu xalq məktəbləri müfəttişi, ali pedaqoji təhsilli Abdulla bəy Əfəndiyev (görkəmli pedaqoq Rəsid bəy Əfəndiyevin qardaşıdır -R.S.) təklif etmişdir ki, qurultayın fəaliyyətini əks etdirən hesabat tərtib edilsin və çap edilərək bütün müfəttişliklərə göndərilsin. Onun fikrincə, qurultayda müzakirə edilən məsələlər və qəbul edilmiş qərarlar, məktəb-tədris və təlim-tərbiyə işlərinin müxtəlif sahələri üzrə irəli sürülən elmi-pedaqoji ideya və təkliflər respublikada aparılan yeni məktəb quruculuğu işində olduqca əhəmiyyətlidir və təhsil işçilərinin, o cümlədən direktor, müfəttiş və müəllimlərin fəaliyyət proqramına çevrilməlidir. Müfəttiş A.Əfəndiyevin təklifi qurultay tərəfindən qəbul edilmişdir.
Qurultayın qərarlarını əsas tutan Xalq Maarif Nazirliyi sonralar həmin qərarların bir çoxunun həyata keçirilməsi məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti və Parlamenti qarşısında məsələ qaldırmış və müvafiq qərar və qanunların qəbul edilməsinə nail olmuşdur ki, onlardan da bəzilərini qeyd edirik: 1) Xalq müəllimlərinin hərbi mükəlləfiyyətdən azad edilməsi; 2)Türk (Azərbaycan-R.S.) ştiftinin əldə edilməsi üçün Xalq Maarif Nazirinin sərəncamına 200 min rubl həcmində pul vəsaitin ayrılması; 3) Lazımi kitabların alınması üçün Xalq Maarif Nazirinin sərəncamına 18 min rubl həcmində pul vəsaitinin ayrılması; 4) Yoxsul ailələrdən olan şagirdlərə müvəqqəti olaraq birdəfəlik müavinətlərin verilməsi; 5) Aşağı ibtidai məktəb müəllim və qulluqçularının maaşları barədə Parlament tərəfindən qəbul edilmiş qanun və başqaları.
Qeyd edəök ki, bu qurultayda müzakirə edilmiş məsələlər və qəbul edilmiş qərarlar, irəli sürülmüş elmi-pedaqoji ideya və təkliflər 1919-cu il avqustun 20-dən sentyabrın 1-dək olan müddətdə Bakı şəhərində Azərbaycan xalq müəllimlərinin keçirilmiş növbəti qurultayında bir qədər də inkişaf etdirilərək təkmilləşdirilmiş və respublikanın təhsil və maarif işçilərinin fəaliyyət proqramına çevrilmişdir. Məktəbləri ölkənin əsas mədəni dayağı kimi qiymətləndirən, şəxsi mənfəət ardınca qaçmayaraq həyatını respublikanın kənd, rayon və şəhərlərində pedaqoji fəaliyyətə sərf edən, savadlı gələcək nəslin yetişdirilməsi kimi son dərəcə əhəmiyyətli işlə məşğul olan müəllim və pedaqoqların qarşılaşdıqları problemlərin müzakirə edilməsi və onların həlli istiqamətində müvafiq qərarların qəbul edilməsi əlbəttə ki, son dərəcə böyük əhəmiyyət kəsb etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə müəllim və pedaqoqların ilk qurultayının materialları bu gün də tədqiq edilir və öyrənilir. Qurultayda qəbul olunmuş qərarların məlum səbəblər ucbatından tam şəkildə həyata keçirilməsi mümkün olmasa da, milli təhsil quruculuğu tariximizdə əhəmiyyətli rolu və xidmətləri olmuşdur. Həmin qurultayın təşkilində və fəaliyyətində yaxından iştirak etmiş tanınmış müəllim və pedaqoqlar, maarif fədailəri böyük hörmət və ehtiram hissi ilə yad edilir, həmin təcrübədən gənc nəslin elmi-pedaqoji biliyinin artırılmasında, onların vətənpərvər ruhda tərbiyə olunmasında bu gün də istifadə edilir. Azərbaycanda təhsilin inkişafında, pedaqoji və elmi-pedaqoji kadrların hazırlanmasında xidmətləri olan pedaqoji elmlər doktoru, akademik Hüseyn Əhmədovun qeyd etdiyi kimi: "Xalqımızın zəngin milli və ümumbəşəri elmi-pedaqoji dəyərlərini tədqiq etmək, onları üzə çıxarmaq, onlara yeni nəfəs vermək, gənc nəslin elmi-pedaqoji biliyinin artırılması işində ondan istifadə etmək bütün zamanlarda olduğu kimi, bu gün də aktualdır”.

RAFİQ SƏFƏROV,
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi
banner

Oxşar Xəbərlər