• cümə axşamı, 28 mart, 16:13
  • Baku Bakı 16°C

“Milli Şuranın üzvü olmamışam” - Keçmiş partiya sədri

25.10.13 09:53 1263
“Milli Şuranın üzvü olmamışam” - Keçmiş partiya sədri
Akif Şahbazov APA-ya açıqlamasında deyib ki, 2005-ci ildə keçirilən parlament seçkilərindən sonra separat danışıqlar nəticəsində hakimiyyətdən parlamentdə pay almış müxalifətlə bir yerdə olmağın əhəmiyyətsizliyini dərk edib, ayrıca Açıq Cəmiyyət Partiyası təsis edib.
Onun sözlərinə görə, Açıq Cəmiyyət Partiyasının sədri kimi fəaliyyətini 2007-ci ildə başa vurub və mövcud vəziyyətlə bağlı mətbuata geniş açıqlamalar verib, prosesin detallarını kifayət qədər ifşa edib. Onun sözlərinə görə, 2008-ci ildə həm partiya sədri postundan, həm də partiya üzvlüyündən istefa verib: “O vaxtdan bu günə qədər mən heç bir siyasi və ictimai fəaliyyətlə məşğul deyiləm, məşğul olmaq fikrim də yoxdur. Mənim adımı Milli Şuraya kimlər salıb, necə salıb, mənim adımı yenidən Milli Şuranın tərkibindən necə, hansı qərarla çıxarıblarsa, bundan məlumatsızam. Bütün bunlar mənim üçün əhəmiyyətsizdir. Mən heç vaxt Milli Şuranın üzvü olmamışam və bircə dəfə də bu qurumun hər hansı tədbirində iştirak etməmişəm”.
banner

Oxşar Xəbərlər