• şənbə, 20 Aprel, 13:07
  • Baku Bakı 23°C

Milli Şuranın qərarından asılı olmayaraq KXCP seçkilərə gedəcək

04.06.14 09:35 851
Milli Şuranın qərarından asılı olmayaraq KXCP seçkilərə gedəcək
Milli Şuranın qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı bu və ya digər formada qərarından asılı olmayaraq, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) seçkilərdə müstəqil şəkildə iştirak etmək fikrindədir. Bu barədə Trend-ə Milli Şurada təmsil olunan KXCP-nin sədr müavini Xəzər Teyyublu deyib.
X.Teyyublu qeyd edib ki, qarşıdan gələn bələdiyyə seçkilərində iştirakla bağlı KXCP-nin konkret qərarı var: "Biz hal-hazırda bələdiyyə seçkilərində namizədlərimizin müəyyənləşdirilməsi ilə məşğuluq və bunun üçün partiya regionlarda özünün müşavirələrini keçirir".
Onun sözlərinə görə, KXCP bələdiyyə seçkiləri ilə bağlı Milli Şuraya da təkliflərini verib, ancaq o məsələlər hələ Milli Şurada müzakirə olunmayıb: "Ancaq KXCP olaraq biz müstəqil şəkildə qərarımızı vermişik və partiya seçkiyə müstəqil şəkildə gedir. Arzu edirik ki, Milli Şuranın da bələdiyyə seçkiləri ilə bağlı qərarı olsun. Bələdiyyə seçkiləri Milli Şurada müzakirə olunarsa, KXCP-nin öz mövqeyi var və bu mövqedən çıxış edəcək".
Qeyd edək ki, bələdiyyə seçkilərinin 2014-cü ilin dekabr ayında keçirilməsi nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər