• cümə, 29 Mart, 12:34
  • Baku Bakı 14°C

Milli Şuranın mitinqində İŞİD bayrağı... - Foto

13.10.14 10:06 1175
Milli Şuranın mitinqində İŞİD bayrağı... - Foto
APA-nın məlumatına görə, aksiyada Milli Şuraya daxil olan qurumlarla yanaşı Müsavat Partiyası, islamçıların və digər müxalifyönlü təşkilatların təmsilçiləri iştirak ediblər.
Mitinqdə AXCP sədri Əli Kərimli, müavini Əbülfəz Qurbanlı, Milli Şuranın sədri Cəmil Həsənli, Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev, Rövşən Əhmədli və Gültəkin Hacıbəyli çıxış ediblər.
Müsavat başqanı Arif Hacılı, sabiq başqan İsa Qəmbər aksiyaya qatılsalar da, onlar tribunaya dəvət edilməyib və çıxış üçün söz verilməyib.
KXCP sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu və müavinləri isə mitinqə qatılmayıbılar.
Milli Şuranın keçirdiyi mitinq həm də İŞİD terror təşkilatının bayraqlarının qaldırılması ilə yadda qalıb. Polis İŞİD bayrağı qaldıran iki nəfəri saxlayıb.
Mitinqlə bağlı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) də məlumat yayıb. İdarədən APA-ya daxil olan mlumatda bildirilib ki, bu gün saat 15.00-dan 17.00-dək davam edən toplantıda Milli Şuraya quruma daxil olan AXCP, İslam, Milli Demokrat, həmçinin Müsavat, Xalq partiyalarının, "El" hərəkatının, eləcə də bir sıra digər müxalifətyönümlü qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 900 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
Aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

banner

Oxşar Xəbərlər