• cümə axşamı, 28 mart, 22:18
  • Baku Bakı 13°C

Milli Şuranın məqsədi “Piket” keçirmək deyil, gərginlik yaratmaqdır

08.10.19 19:06 595
Milli Şuranın məqsədi “Piket” keçirmək deyil, gərginlik yaratmaqdır
"Milli Şuranın məqsədi "Piket" keçirmək deyil, gərginlik yaratmaqdır. Etiraf edək ki, əhalinin əksər hissəsi piket və mitinqin və yaxud digər aksiyaların formatını bilmir. Əli Kərimli də məhz bu tip məsələlərdən öz şəxsi mənafeyi üçün istifadə edir. Öncədə süni formada ajiotaj yaratmaq məqsədi ilə əhaliyə çağırışlar etdi. Düzdür bu çağırışlara ölkə vətəndaşları cavab vermir. Qanunvericiliyə görə, 100-200 nəfər partiya üzvünün bu aksiyaya qoşulmaq hüquqi yoxdur".
Bu fikirləri QHT.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədriCəsarət Hüseynzadədeyib.
O bildirib ki, piketin konkret tələbləri var və bu tələblərə uyğun olaraq, müvafiq qurumlar tərəfindən şərait yaradılır: "Bu məsələdə təkcə piketçilərin hüquqları deyil, sadə vətəndaşların hüquqları və təhlükəsizliyi təmin olunması da dövlətin borcudur.Piket ərəfəsində çox aydın hiss olunurdu ki, "mühüm tapşırıqlardan" birini də Fuad Qəhrəmanlı həyata keçirirdi. Süni şəkildə kiçik qrup formalaşdıraraq gərginlik yaradırdı. Sözsüz ki, bu da öncədən hazırlanmış bir planın tərkib hissəsi idi. Piketin keçirilməsində, daha doğrusu ictimai asayişi pozmaqla həyata keçirilməsində başqa məqam ondan ibarətdir ki, açıq aydın görünürdü ki, bəzi şəxslər birbaşa təxribata əl atır və məqsədli şəkildə özlərinə qarşı diqqəti cəlb etməyə çalışırdılar.Kənardan isə kameralar iş başında idi. Dəfələrlə bu fikir öz təsdiqini tapıb ki, bu tip aksiyaların bir məqsədi də mühacir biznesi həyata keçirmək üçün nəzərdə tutulur".
banner

Oxşar Xəbərlər