• çərşənbə axşamı, 23 aprel, 22:10
  • Baku Bakı 20°C

Milli Şurada ciddi qalmaqal

30.08.13 15:42 1538
Milli Şurada ciddi qalmaqal
KXCP sədri Mirmahmud Mirəlioğlu Cəmil Həsənlinin imzatoplama kampaniyasında Seçki Qərargahı tərəfindən onlara 1000 imza verilməsi məsələsinə sərt reaksiya verib. O, “Qafqazinfo”ya bu barədə açıqlama verib. KXCP sədri bəyan edib ki, Milli Şuranın axırıncı sessiyasında Cəmil Həsənlinin namizədliyini müdafiə edənlərdən biri KXCP Cəmil Həsənlinin Seçki Qərargahı adından ünvanlanmış və onlara aid edilən 1000 imzadan imtina edir:
“Bu Seçki Qərargahının baş bilənlərinin digərlərini "məsuliyyətli işdir" deyib kənarda qoyması çox ciddi və məsuliyyətsiz bir addımdır. Bu Cəmil Həsənlinin əleyhinə işləyən, bütövlükdə Milli Şuranı dağıtmağa yönəldilən bir addımdır. Bu adamlar fərqində olmalıdır ki, Seçki Qərargahı bu həssas məqamlarda başqalarının qarşısında sıfır yazmaqla əslində gördükləri işin faydalılıq əmsalının sıfır olduğunu göstərirlər. Bununla bağlı öz təşkilatlarına da, Milli Şura və Cəmil Həsənliyə də hesabat verməlidirlər.
Onlara kim bu haqqı tanıyıb ki, KXCP-ni Seçki Qərargahından kənarda saxlasınlar? Kim haqq tanıyıb ki, bizə iş bölgüsündə və imza vərəqəsində 1000 yaxud, başqalarına sıfır yazsınlar? Biz belə hesab edirik ki, kampaniya başlandı, amma Cəmil Həsənlinin əleyhinə başlandı. Bu Seçki Qərargahı Cəmil Həsənlinin əleyhinə işləyən Seçki Qərargahıdır. Bütövlükdə siyasi partiyaları bölgü apararaq bu məsuliyyətli işdir deyib məsuliyyətsizcəsinə bəyanat vermək onlara baha başa gələcək. Bu gün imzasını almaq istəmədikləri adamların sabah səslərini də ala bilməyəcəklər. Bütövlükdə bu məsələ ciddi müzakirə olunmalıdır. Bundan sonra hər kəs dediyinin fərqində olmalı və dediyi sözün məsuliyyətini daşımalıdır”.
Mirmahmud Mirəlioğlu bildirib ki, hazırda dostları ona yazılı şəkildə deyiblər ki, partiyaya 1000 imzayla bağlı müraciət olunub: “Sağolsunlar, onlar da mən burada olmayanda 1000 imza vermək vərəqəsindən imtina ediblər. Və çox da doğru ediblər. Ona görə ki bu nə təşkilatımızın adına, nə də Cəmil bəyə olan münasibətimizə yaraşır. Bu cür qrupbazlıqla işləməzlər. Seçkidə hər kəs bir səs uğrunda mübarizə apardığı halda, mən hesab edirəm ki, əvvəlki vərdişləri kənara qoymaq lazımdır. Seçki bütövlükdə çox məsuliyyətli işdir. Seçki Qərargahında isə məsuliyyətsiz adamların oturması və rəhbərlik edilməsi seçkinin indidən uduzulması deməkdir. Bunun Cəmil Həsənli fərqində olmalıdır”.
banner

Oxşar Xəbərlər