• cümə axşamı, 25 aprel, 06:06
  • Baku Bakı 14°C

“Milli Şura Azərbaycan müxalifətinin konflikt ocağıdır”

26.12.13 11:48 1458
“Milli Şura Azərbaycan müxalifətinin konflikt ocağıdır”
Bunu APA-ya açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru, İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü Rauf Arifoğlu deyib.
Onun sözlərinə görə, bu gün Milli Şura adlı format, struktur yoxdur, bu fiksiyadır.
R. Arifoğlu qeyd edib ki, İctimai Palatanın saxlanılması, Azərbaycanda istənilən şəraitdə demokratik düşərgənin toparlanması üçün bir ünvan rolunu oynayır və bu ünvanı bağlamaq doğru deyil: “Digər tərəfdən, Milli Şura prezident seçkilərini, İctimai Palata isə parlament seçkilərini hədəfə alaraq yaradılan təşkilatdır. Qarşıdan parlament seçkiləri gəlir və 2015-ci il hədəfi üçün Milli Şuranın əlifbası, məğzi qətiyyən uyğun gəlmir”.
banner

Oxşar Xəbərlər