• cümə, 29 Mart, 09:05
  • Baku Bakı 5°C

“Milli Şura Azərbaycan dövlətçiliyinə qarşı yaradılıb“

14.06.13 10:21 1427
“Milli Şura Azərbaycan dövlətçiliyinə qarşı yaradılıb“
"Milli Şura Azərbaycan dövlətçiliyinə, millətinə qarşı yaradılmış bir qurumdur". Bu sözləri Milli.Az-a açıqlamasında Azərbaycan Tərəqqi Alyansı (ATA) blokunun və Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi blok və partiya Milli Şurada təmsil olunmur və bundan sonra da bu quruma daxil olmaq niyyətində deyil.
Ç.Dəmiroğlu hesab edir ki, Milli Şura ideyası Rusiyanın ssenarisidir.
“Əgər Rüstəm İbrahimbəyov sübut etmək istəyirsə ki, bu, belə deyil, onda bəyan eləsin ki, biz hakimiyyətə gəlsək, heç vaxt Rusiyanın təşəbbüsü olan Gömrük İttifaqına girməyəcəyik. Avrasiya İttifaqına girməyəcəyik. Əgər belə bir bəyanat verilsə, biz inanarıq ki, bu rusun ssenarisi deyil”, - o əlavə edib.
ATA blokunun sədri cəmiyyətin Milli Şuraya ciddi yanaşmadığını da vurğulayıb.
“Çünki orada vahid namizəd kimi Abbas Abbasov kimi adamların adı çəkilir. Mətbuatda yayılan məlumata görə, Rüstəm İbrahimbəyov Abbas Abbasovun namizədliyini təklif etmək istəyir. Bu, Azərbaycan xalqı üçün həqarətdir. Bu səbəbdən də heç kim Milli Şuraya ciddi baxmır”, - Ç.Dəmiroğlu vurğulayıb.
banner

Oxşar Xəbərlər