Milli Sorğu Mərkəzi fəaliyyətə başladı
Bu gündən
Azərbaycanın internet məkanındayeni layihəyə start verilir. Belə ki, ölkə
üçün yenilik olan internet resurs fəaliyyətə başlayır. www.sorgu.azünvanında
yerləşən "Milli Sorğu Mərkəzi” ictimai fikrin öyrənilməsi yolu ilə siyasi,
sosial və marketinq araşdırmaları aparacaq. Araşdırmalar Mərkəzin internet
saytında yerləşdirilcək və illik, yarımillik, dövri hesabatlar ictimaiyyətə
təqdim olunacaq.
Mərkəzin qarşısına
qoyduğu əsas məqsəd sorğular vasitəsi ilə cəmiyyəti narahat edən sualların və
problemlərin cavablarının tapılmasına kömək etməkdir.
Bundan əlavə, "Milli
Sorğu Mərkəzi” istifadəçilərin istəklərinə uyğun olaraq internet səhifəsində
petisiyalar da yerləşdirəcək. Qəbul edilən petisiyalar ünvanlanan şəxsə və ya
qurumlara çatdırılaraq toplumun istəyinin rellaşmasına vasitəçilik edəcək.
"Milli Sorğu Mərkəzi”
Kütləvi İnformasiya Vasitələrini və QHT-ləri də əməkdaşlığa dəvət edir. Belə
ki, mərkəz KİV-lərin və QHT-lərin istəklərinə uyğun olaraq, onların həyata
keçirdiyi araşdırmalar üçün lazımi sorğular keçirməyə hazırdır.
Sorğu Mərkəzi biznes
uçün də yararlı ola bilər. Marketinq araşdırmaları istiqamətində sifarişçinin
arzu və istəklərinə uyğun olaraq istənilən sahədə sorğular keçirərək,
nəticələr əsasında xüsusi konsepsiyalar
hazırlamaq da mümkündür.