• cümə axşamı, 28 mart, 19:59
  • Baku Bakı 13°C

Milli qəhrəmanlarımıza həsr edilmiş filmlərin nümayişinə başlanılacaq

11.01.18 15:30 698
Milli qəhrəmanlarımıza həsr edilmiş filmlərin nümayişinə başlanılacaq
Xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar yanvarın 15-dən Milli qəhrəmanlara həsr edilmiş sənədli filmlərin nümayişinə başlanılacaq.
AZƏRTACxəbər verir ki, ekran əsərləri Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə idarənin tabeliyində olan mədəniyyət müəssisələrində təqdim olunacaq.
Gənc nəslin milli təfəkkürünün formalaşması və vətənpərvər ruhda tərbiyəsində, habelə tariximizin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən bu filmlərin nümayişi yanvarın 19-dək davam edəcək.
banner

Oxşar Xəbərlər