• çərşənbə, 24 Aprel, 08:32
  • Baku Bakı 13°C

Milli qəhrəmanlar üçün 1000 manat aylıq təqaüd

28.08.13 17:48 1780
Milli qəhrəmanlar üçün 1000 manat aylıq təqaüd
Prezident İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi barədə fərman imzalayıb. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 1000 manat müəyyən edilib.
Prezident İlham Əliyev “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında fərman imzalayıb. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği artırılaraq 2013-cü il sentyabrın 1-dən 200 (iki yüz) manat müəyyən edilib.
Azərbaycan prezidenti “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında da fərman imzalayıb. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği artırılaraq I qrup müharibə əlillərinə 110 manat, II qrup müharibə əlillərinə 85 manat, III qrup müharibə əlillərinə 60 manat müəyyən edilib.
banner

Oxşar Xəbərlər