AZE | RUS | ENG |

Milli Qəhrəmanın atasından etiraz

Milli Qəhrəmanın atasından etiraz
Mübariz İbrahimovun atası Ağakərim İbrahimov: “Mənimlə icra başçısı arasında qalmaqal xəbəri cəfəngiyyatdır»

“Mətbuatda mənimlə icra başçısı arasında qalmaqal xəbəri cəfəngiyyatdan başqa bir şey deyil. Hər şey öz qaydasındadır və mənim ailəmə rayon rəhbərliyi tərəfindən göstərilən qayğıdan çox razıyam”. “Azadinform”a bu açıqlamanı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov guya onunla Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev arasında problemlərin yaşandığı haqda mətbuatda gedən xəbərin doğru olmadığını bildirərkən deyib. Şəhid atası elə bizimlə söhbət etdiyi zaman Mahir Quliyevlə birgə rayonda keçirilən tədbirdə iştirak etdiyini bildirib: “Mən hal-hazırda elə rayonumuzun icra başçısı Mahir Quliyevin yanındayam”.

Milli Qəhrəmanın atası bildirib ki, xəbərdə rayon camaatının adının hallanması, onların adından yalan məlumatlar yaymaq insani keyfiyyətlərə sığmır. “Bizim ailəmizin rayon rəhbərliyindən heç bir şikayəti yoxdur. Cənab prezidentin göstərişi ilə bizə lazımı köməklər olunur. Mən bir şəhid atası olaraq dövlətimizin bizə olan diqqətini heç zaman dana bilmərəm” - deyə Ağakərim İbrahimov bildirib.

Ağakərim İbrahimov bu məzmunda yazılar dərc edən mətbu orqanlardan onun və ailəsi adından yalan məlumatlar yayılmasına son qoyulmasını tələb edib: “Ən azından Mübarizin ruhuna hörmətlə yanaşsınlar. Mən olmayan bir şey haqqında fikir söyləyənlərə ar olsun deyib, onları lənətləyirəm”.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966