• cümə axşamı, 25 aprel, 13:22
  • Baku Bakı 23°C

Milli Qəhrəmanın adına xüsusi auditoriya yaradılıb - Fotolar

14.03.17 16:00 722
Milli Qəhrəmanın adına xüsusi auditoriya yaradılıb - Fotolar
Azərbaycan Texniki Universitetində Milli Qəhrəman Çingiz Qurbanovun adına xüsusi auditoriya yaradılıb. Universitetin Xüsusi texnika və texnologiya fakültəsində yaradılan auditoriyada tələbələrə optatexnika ixtisası üzrə dərslər tədris olunacaq.

Zəruri avadanlıqlarla təmin olunan auditoriyaya qəhrəmanın portreti də qoyulub.

AzTU-nun Xüsusi Texnika və texnologiya fakültəsinin dekanı Ramiz Hüseynovun sözlərinə görə xüsusi auditoriya Milli Qəhrəmanın bir vaxtlar dərs aldığı sinif otağı olub. Dekan qeyd edib ki, doğma fakültəsi Çingizi heç vaxt unutmayacaq və onun qəhrəmanlığını daima tələbələrə təbliğ edəcək.
Xatırladaq ki, 29 dekabr 2017-ci ildə Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa çalışan erməni kəşviyyat-diversiya qrupunun qarşısını alarkən şəhid olan Milli Qəhrəman Çingiz Qurbanov 2015-ci ildə optotexnika ixtisası üzrə AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin bitirib.



banner

Oxşar Xəbərlər