Milli Qəhrəman Murad Mirzəyevə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib - Fotolar
Gürcüstanda
Azərbaycan Mətbuat Şurasının Azərbaycanlıların və Digər Türkdilli Xalqların
Əməkdaşlıq Mərkəzi ilə birgə hazırladığı və Milli Qəhrəman Murad Mirzəyevə həsr
olunmuş sənədli
filmintəqdimatı
keçirilib. Qonşu ölkənin soydaşlarımızın kompakt məskunlaşdıqları Marneuli
rayonunda düzənlənmiş mərasimdə MŞ sədri, Milli Məclisini deputatı Əflatun Amaşov, Azərbaycanın
Gürcüstandakı səfiri Dursun Həzənov, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı
Merab Topçişvili, Gürcüstan parlamentinin deputatları, ictimaiyyət
nümayəndələri iştirak ediblər.
Toplantını
Azərbaycanlıların
Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva tədbiri açıb. Ə.Amaşov çıxışında Azərbaycan və Gürcü xalqları
arasındakı dostluq əlaqələrindən, oxşar xüsusiyyətlərdən söz açıb. O bildirib
ki, hər iki xalqı ortaq dəyərlər birləşdirdiyi kimi ortaq talelər də
birləşdirir. Bu baxımdan işğal amilini qabardan deputat hazırkı status-kvonun
tezliklə aradan qalxacağına, haqq-ədalətin öz yerini tutacağına əminliyini
vurğulayıb. Ə.Amaşov həmçinin bildirib ki, Mətbuat Şurası ilə ATXƏM-in birgə
hazırladığı "Muradına çatmayanlar;
apreldən əvvəl və sonra" sənədli filmi Milli Qəhrəman Murad Mirzəyevin
şücaəti timsalında tarixə "4 günlük müharibə” kimi düşən savaşda Azərbaycan Ordusunun qüdrətindən söhbət
açılır.
Ə.Amaşovun
çıxışından sonra sənədli filmin nümayişinə keçid alınıb. Filmdə Milli Qəhrəman
Murad Mirzəyevin keçdiyi şərəfli həyat yolu, hərbi xidmət dövrü, döyüş ruhu,
bacarıqlı komandirlik təcrübəsi geniş təhlil olunub. Həmçinin M.Mirzəyevin 2016-cı
ilin aprel döyüşlərindəki qəhrəmanlığının ayrı ayrı aspektləri də filmin sujet
xəttini təşkil edib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan
parlamentinin deputatları Tamaz Naveriani və Ruslan Hacıyev, habelə Agsaqqallar
Şurasının sədri İsaq Novruzov, bələdiyyə sədri Nəbi Abdullayev, gənclərdən
Elşən Çobanov çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin
qəhrəmanlıgından danışıblar. Toplantıda onların əziz xatirəsinin daim ürəklərdə
yaşayacağına, torpaqlarımızın tezliklə işgaldan azad olunacagına əminlik ifadə
olunmaqla yanaşı bildirilib ki, hərbi vətənpərvərlik ruhunda filmlərin nümayişi gənclərin mənəvi sağlamlığına
böyük təkan verir.
Qeyd edək ki,
"Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən olan 32
dəqiqəlik "Muradına çatmayanlar; apreldən əvvəl və sonra” sənədli
filminin baş məsləhətçisi Azərbaycan prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi Əli Həsənovdur. Ekran
işinin müəllifi isə rejissor və ssenarist Bəxtiyar Qaracadır.