• çərşənbə axşamı, 16 aprel, 17:23
  • Baku Bakı 19°C

Milli Oftalmologiya Mərkəzinin 10 illiyinə həsr edilən konfrans keçiriləcək

23.05.19 13:45 765
Milli Oftalmologiya Mərkəzinin 10 illiyinə həsr edilən konfrans keçiriləcək
Mayın 24-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 10 illiyinə həsr edilmiş "Oftalmologiyanın bu günü və gələcəyi" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək.
Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindənAZƏRTAC-a bildiriblər ki, tədbir Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə təşkil ediləcək.
Tədbir yerli və xarici oftalmoloqların iştirakı ilə keçiriləcək. Konfransın məqsədi oftalmologiya sahəsində əldə olunan son yenilikləri və nailiyyətləri, yeni müayinə və müalicə metodlarını müzakirə etmək və öz sahələrində mütəxəssis olan oftalmoloqların təcrübələrindən yararlanmaqdan ibarətdir.
Konfransda "Azərbaycanın bölgələrində mobil oftalmolojı klinika əsasında görmə orqanının patologiyalarının skrininqi və korluğun qarşısının alınması”, "Gözün xarici aparatının müştərək travması zamanı kombinə rekonstruktiv əməliyyatın imkanlarına dair”, "Orbital patologiyaların diaqnostikası və cərrahi müalicəsi”, "Şəkərli diabetli xəstələrdə kornea epiteli və neyropatiya” kimi mövzular müzakirə ediləcək.
Qeyd edək ki, 1946-cı ildə Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutu (ETGXİ) fəaliyyətə başlayıb. 2002-ci ildən ETGXİ akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi olaraq fəaliyyət göstərməkdədir. 2009-cu il mayın 22-də Prezident İlham Əliyevin iştirakı ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yeni binasının açılışı olub. 10 illiyini qeyd edən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir.
banner

Oxşar Xəbərlər