Milli Musiqi Gününə layiqli töhfə
18 sentyabr Milli Musiqi Günüdür.Azərbaycan
Dövlət Himninin bəstəkarı, Şərqdə ilk operanın müəllifi dahi Üzeyir
Hacıbəylinin doğum günü qeyd edilən bu bayram Üzeyir Musiqi Günü də adlanır.
Vaxtilə maestro Niyazi tərəfindən ənənəvi olaraq qeyd edilən tarix1995-ci ildən ulu öndər Heydər Əliyevin fərmanı ilə Milli
Musiqi Günü- Üzeyir Musiqi Günü kimi qeyd olunur. Bu tarix hər il
ənənəvi olaraq musiqi ictimaiyyəti tərəfindən qeyd edilməklə həm musiqi
tariximizi yaşadır, həm də insanlara bayram ovqatı bəxş edir.
COVİD-19 koronavirus pandemiyasının bütün sahələrdə
yaratdığı məhdudiyyətlər çərçivəsində olsa belə musiqi ictimaiyyəti, təhsil
müəssisələri bu il də bayrama ənənəvi sadiqliyini nümayiş etdirdilər.
17
sentyabrdan qapılarını fərdi şəkildə şagirdlərinin üzünə açan Kaspi Uşaq Musiqi və İncəsənət Məktəbi
(MMC) də Üzeyir Musiqi Gününə öz töhfəsini verdi."Kaspi Ağ şəhər” və "Kaspi
Bakıxanov” Liseyi nəzdində 4 ildir ki, fəaliyyət göstərən təhsil ocağıyaddaqalan
təqdimatla çıxış etdi.Belə ki, musiqi bayramına məktəb şagirdlərinin
hazırladığı musiqili təqdimat layiqli hədiyyə oldu. Uşaqların ifasında 3 nömrə
xor təqdim edildi. Həmçinin təqdim olunan videoçarxlarda şagirdlərinÜzeyir bəyə
həsr etdikləri ayrı-ayrı ifalar və çıxışlar yer aldı. ŞagirdlərinÜzeyir Musiqi
Gününə həsr etdikləri sərginin nümayişi böyük bayrama sevginin təcəssümünə
çevrildi.Balacaların öz fantaziyalarının gücü ilə rəng qatdıqları rəsmlər
bayrama gözəl ərməğan oldu. Musiqi dünyasının, musiqi alətlərinin təsvirlərinin
yer aldığı rəsmlərdə uşaqlar təkcə arzularını ifadəsi deyil, həmçinin dahi bəstəkara,
böyük sənətə olan məhəbbətləri əksini tapıb: "Hər
il ölkəmizdə Milli Musiqi Günü dahi Üzeyir Hacıbəylinin doğum günü keçirilir. Xalqımız bu günü Milli Musiqi Günü kimi qeyd
edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişafına görə məhz Üzeyir
Hacıbəyliyə borcludur. Ona görə bu gün sadəcə
sənətsevərlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır. Xüsusi karantin rejiminin qaydalarına riayət olunaraq məktəbimiz
də bu bayrama öz töhfəsini verdi”- deyə MMC-nin direktoru Əşrəf Nəcəfov bildirdi.
Direktor rəhbərlik etdiyi məktəbin fəaliyyətinə toxunaraq tədris
ocağının əsas məqsədinin şagirdlərin bədii estetik zövqünün formalaşması, gənc
və yeniyetmə şagirdlərin istedadənın üzə çıxarılması və bu sahədə bilik və nəaliyyətlərin
əldə edilməsindən ibarət olduğunu qeyd etdi. Belə ki, məktəbdə 5-7 illik təhsil
proqramlarını başa vuran şagirdlərə Mədəniyyət Nazirliyinin sertifikatları təqdim
olunur. Musiqi və incəsənət məktəbində şagirdlər fortepiano, xalq çalğı alətləri
(tar, kamança, qarmon), simli alətlər (skripka, gitara), nəfəs alətləri
(saksafon), xanəndəlik, estrada oxuma, xoreoqrafiya, rəsm və s. incəsənət
ixtisasları üzrə biliklərə yiyələnirlər. Bundan əlavə, Kaspi Uşaq Musiqi və İncəsənət
Məktəbində yaş məhdudiyyəti olmadan ödənişliəsaslarla ebry, tikiş, toxuculuq, rəsm
dərnəkləri də fəaliyyət göstərir.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən məktəbdə
dərslərin qrup şəklində nə zaman başlanacağı bəlli deyil. Amma pandemiya ilə
bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları və Təhsil
Nazirliyinin təlıimatları nəzərə alınaraq dərslərə fərdi şəkildə start verilib.