• cümə axşamı, 18 aprel, 16:51
  • Baku Bakı 22°C

Milli mətbuatın 140 illik yubileyi Qəbələdə qeyd olunur

08.07.15 12:06 1022
Milli mətbuatın 140 illik yubileyi Qəbələdə qeyd olunur
Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurası və Qəblə rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda regional konfrans işə başlayıb.
Azadinform movqe.az-a istinadən xəbər verir ki, milli mətbuatın yaranmasının 140-cı ildönümünə həsr olunmuş regional tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, baycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, yerli nəşrlərin, habelə Bakıda fəaliyyət göstərən 30-dək qəzetin baş redaktorları iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ehtiramla yad edərək, önünə gül dəstələri qoyublar.
Daha sonra konfrans öz işinə başlayıb.
banner

Oxşar Xəbərlər