• çərşənbə, 24 Aprel, 06:24
  • Baku Bakı 13°C

"Milli Meşə Proqramının ilkin layihəsi hazırdır"

22.02.19 16:00 498
"Milli Meşə Proqramının ilkin layihəsi hazırdır"
"HazırdaBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi ilə yeni Milli Meşə Proqramı üzərində iş aparılır və artıq sənədin ilkin layihəsi hazırdır".
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibiİradə İbrahimovadeyib.
Onun sözlərinə görə, Azərbaycanın ümumu meşə fondunun sahəsi1milyon213min hektardır. Bu da ölkə ərazisinin, ümumilikdə,14faizini, meşə ilə örtülü sahələrin isə cəmi12faizini təşkil edir.
Nazirlik rəsmisi bildirib ki, meşələrin qorunması, daha səmərəli idarə edilməsi və meşə sektorunun inkişaf etdirilməsi əsas prioritetlərdən biridir: "Bu istiqamətdə işlər daha sistemli və kompleks şəkildə qurulur.2020-2030-cu illəri əhatə edəcək yeni proqram beynəlxalq təcrübəyə əsaslanaraq meşəçilik sistemində görüləcək işlər üçün yol xəritəsidir".
İ.İbrahimova vurğulayıb ki, Milli Meşə Proqramının qəbul edilməsi meşə sektorunda yeni bir mərhələnin başlanğıcı olacaq.
banner

Oxşar Xəbərlər