• şənbə, 20 Aprel, 13:47
  • Baku Bakı 23°C

Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi

21.07.16 22:40 1375
Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Humanitar Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi "Milli-mənəvi dəyərlərimizin qorunmasında və zənginləşdirilməsində gənclərin rolunun artırılması” layihəsi çərçivəsində "Dinimiz milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” adlı təlim-konfrans keçirilib. Toplantının iştirakçıları əsasən tələbə-gənclər və tədqiqatçılar olublar.

Toplantını giriş sözü ilə İctimai Birliyin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlanə Mustafayeva açıb. O, xalqımızın formalaşmasında İslam dininin mühüm rollardan birini oynadığını, mənəvi dəyərlərimizin tərkib hissələrindən biri olan İslam dininin mahiyyətinə görə birgəyaşayış, sülh, əmin-amanlıq və mərhəmət dini olduğunu bildirib: "Konstitusiyamıza görə Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır. Buna baxmayaraq, Azərbaycan dövləti bütün dinlər üçün ölkəmizdə bərabər, əlverişli şərait yaradıb. Ölkəmizdə məscid, kilsə və sineqoqlar birgə fəaliyyət göstərirlər. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu baxımdan modern bir ölkə halına gəlib və dünyaya nümunə göstərib”.

Təlimçi - ilahiyatçı alim, filologiya üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov İslam dininin Azərbaycanda 1400 illik tarixə malik olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan cəmiyyəti türklük və İslam dini baxımından özünəməxsus səciyyəsi ilə dünyada seçilir: "Uzun əsrlər ərzində dinimizin xalqımıza bəxş etdiyi mənəvi dəyərlərin rolu çox böyükdür. Azərbaycanın dövlətçilik və mədəniyyət tarixinin kökünə getsək, orada İslam dininin mövcudluğunu görərik. 70 illik fasilə bizi dini dəyərlərimizdən uzaq salsa da, mənəvi dəyərlərimiz bizi təkrarən kökümüzə geri qaytarıb”.

Layihənin eksperti millət vəkili, professor Musa Qasımlı İslam dinində radikalizmin ziyanlı olduğunu olduğunu bildirib, yolverilməzliyini qeyd edib.
banner

Oxşar Xəbərlər