• cümə, 26 Aprel, 18:07
  • Baku Bakı 22°C

Milli Məclisin yaz sessiyasının qanunvericilik işlər planı qəbul edilib

01.02.17 15:15 729
Milli Məclisin yaz sessiyasının qanunvericilik işlər planı qəbul edilib
Bu gün Milli Məclisin plenar iclasında yaz sessiyasının qanunvericilik işlər planı müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, qanunvericilik işlər planına 17 məsələ daxil edilib.Plana Azərbaycan prezidentinin,Milli Məclisdeputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanununun, "Milli Məclisdeputatının etik davranış qaydaları haqqında”, "Hərbi qulluqçuların statusu haqqında”, "Daxili Qoşunların statusu haqqında”, "Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında”, "Hesablama Palatası haqqında”, "Ətraf mühitin təsirinin qiymətlənlirilməsi haqqında”, "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, "Turizm haqqında”, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, "Məktəbəqədər təhsil haqqında”, "Kinematoqrafiya haqqında”, "Reproduktiv sağlamlığın qorunması haqqında”, "Psixoloji yardım haqqında”, "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” və Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri daxildir.
Qanunvericilik işlər planı səsverməyə çıxarılaraq qəbul olunub.
banner

Oxşar Xəbərlər