AZE | RUS | ENG |

Milli Məclisin üzvləri TÜRKPA-nın Bişkekdə keçirilən iclasında iştirak edəcək

Milli Məclisin üzvləri TÜRKPA-nın Bişkekdə keçirilən iclasında iştirak edəcək
Milli Məclisin Səhiyyə komitəsinin və TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri Əhliman Əmiraslanov, həmçinin Milli Məclisin deputatı, TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini Sevinc Hüseynova qurumun tədbirlərində iştirak etmək üçün sentyabrın 12-dən 15-dək Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaqlar.
Məclis Aparatından Trend-ə verilən məlumata görə, TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasında Əhliman Əmiraslanovun sədrliyi ilə "Genetik modifikasiya olunmuş orqanizmlər və onların yayılmasının təsiri” mövzusunda hesabat dinləniləcək, tövsiyələr müzakirə olunacaq, geniş fikir mübadiləsi aparılacaq.
Qurumun Sosial, mədəni və humanitar məsələlər komissiyasında isə "Kino və animasiya türkdilli ölkələrdə türk mədəni irsinin hissələri kimi” mövzusunda hesabat və tövsiyələr gündəmdə olacaq.
Deputatlarımız iclaslarda gedən müzakirələrdə yaxından iştirak edəcəklər.
Sonra "TÜRKPA-ya üzv dövlətlərdə kinoteatr və animasiya” adlı seminar keçiriləcək.
Səfər çərçivəsində tədbir iştirakçılarının Qırğızıstan Joqorku Keneşinin sədri Dastanbek Jumabekovla görüşü və "Türk kinosu günləri”nin açılışında iştirakı da nəzərdə tutulub.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8968
GEL 1 1 Gürcüstan larisi 0.6294
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1937
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1803
CHF 1 1 İsveçrə frankı 1.6664
KWD 1 1 Küveyt dinarı 5.5853
TRY 1 1 Türkiyə lirəsi 0.2888