• çərşənbə axşamı, 23 aprel, 12:31
  • Baku Bakı 24°C

Milli Məclisin üzvləri Qazaxıstana səfər edəcəklər

17.06.17 18:00 985
Milli Məclisin üzvləri Qazaxıstana səfər edəcəklər
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputatİlham Əliyev"İnnovativ iqtisadiyyata qanunvericilik dəstəyi” adlı beynəlxalq konfransda iştirak etmək üçün iyunun 19-da Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcəklər.
Milli Məclisin mətbuat xidmətindənAPA-ya bildirilib ki, tədbir Qazaxıstan Parlamenti Məclisi tərəfindən bərpa olunan və alternativ enerji mənbələrinə həsr olunmuş EXPO-2017 Astana Beynəlxalq Sərgisinin hədəf və məqsədlərinin təşviqi ilə bağlı həyata keçirilir.
Deputatlarımız səfər çərçivəsində Türkdilli Ölkələrin Parlament Assambleyasının Ətraf mühit və təbii ehtiyatlar komissiyasının 3-cü iclasına da qatılacaqlar. Toplantıda "Alternativ enerji mənbələrinin inkişafı” mövzusunda müzakirələr aparılacaq.
Səfər iyunun 22-də başa çatacaq.
banner

Oxşar Xəbərlər