• şənbə, 20 Aprel, 08:12
  • Baku Bakı 14°C

Milli Məclisin üç deputatına yeni vəzifə verilib

28.12.18 14:00 582
Milli Məclisin üç deputatına yeni vəzifə verilib
Milli Məclisin üç deputatına yeni vəzifə verilib.
Trend-in məlumatına görə, bu məsələ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarına dəyişikliklərdə öz əksini tapıb.
Belə ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Sahibə Qafarovanın namizədliyi təklif edilib.
Dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.
banner

Oxşar Xəbərlər