• çərşənbə axşamı, 19 mart, 11:12
  • Baku Bakı 8°C

Milli Məclisin Sədri Avrasiya ölkələri parlament sədrlərinin IV konfransında iştirak edəcək

21.09.19 15:30 512
Milli Məclisin Sədri Avrasiya ölkələri parlament sədrlərinin IV konfransında iştirak edəcək
Sentyabrın 23-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərinə səfər edəcək.
Parlamentin mətbuat xidmətindənAZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Xanlar Fətiyev, Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Milli Məclisin Sədri Nur-Sultan şəhərində keçiriləcək Avrasiya ölkələri parlament sədrlərinin IV konfransında iştirak edəcək. Tədbirə Avropa və Asiyanın müxtəlif ölkələrinin parlament rəhbərləri və nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri dəvət olunublar.
"Böyük Avrasiya: Dialoq. Etimad. Tərəfdaşlıq” mövzusunda keçiriləcək konfransın əsas məqsədi Avrasiya məkanında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün Avropa və Asiyanın qanunverici orqanlarının rəhbərləri və parlamentlərarası təşkilatların başçıları arasında birbaşa dialoqun qurulmasıdır.
Səfər çərçivəsində Milli Məclis Sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Səfər sentyabrın 24-də başa çatacaq.
banner

Oxşar Xəbərlər