Milli Məclisin saxlanma xərcləri artırılır
Milli Məclisin 2018-ci il üçün saxlanma xərcləri artırılıb.
"APA-Economics" xəbər verir ki, bunuMilli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziriSamir Şərifovdeyib.
Onun sözlərinə görə, gələn il üçünMilli Məclisin saxlanma xərcləri 1,2 mln. manat artırılaraq 25 mln. 432,055 min manata çatdırılıb.