• çərşənbə, 24 Aprel, 05:24
  • Baku Bakı 14°C

Milli Məclisin növbədənkənar xüsusi sessiyası çağırıldı

31.05.16 10:52 748
Milli Məclisin növbədənkənar xüsusi sessiyası çağırıldı
Azərbaycan Milli Məclisinin yaz sessiyasından sonra növbədənkənar xüsusi sessiyası çağırılıb.
Parlamentdən APA-ya verilən məlumata görə, bununla bağlı deputatların müraciəti əsasında qərar qəbul edilib. Növbədənkənar sessiya çərçivəsində bir sıra komitə iclasları ilə yanaşı, iki plenar iclas keçiriləcək. Plenar iclasların tarixi və gündəlikləri iyun ayında müəyyənləşəcək. Sessiyanın iyunda keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bu gün Milli Məclisin 2016-cı il yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək.
banner

Oxşar Xəbərlər