• cümə, 29 Mart, 17:16
  • Baku Bakı 14°C

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

30.06.20 11:37 447
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Sahibə Qafarova deyib.
S.Qafarova bildirib ki, növbədənkənar sessiya ərzində 8 iclas keçirilib, 35 qanun layihəsi qəbul edilib.
Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında isə 7 məsələyə baxılıb.
Plenar iclasda Vergi Məcəlləsində, "Notariat haqqında”, "Sosial sığorta haqqında”, "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, "Qrant haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələri üçüncü oxunuşda müzakirə ediləcək.
banner

Oxşar Xəbərlər